Filialın direktor köməkçisi ümumrayon tədbirində çıxış edib

01.08.2022
Filialın direktor köməkçisi ümumrayon tədbirində çıxış edib
1 avqust 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qonaqkənd qəsəbəsinin Mədəniyyət evində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsini sədri, QHT-nin Quba Regional Resurs və Təlim Mərkəzinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Tədbirdə filialın direktor köməkçisi, Pedaqoji və ictimai fənlər kafedrasının baş müəllimi, Həmkarlar İttifaqı Komitəsinin sədri Mürvət Əliyev də Azərbaycan dilinin tarixi, bu günü, rayonda və filialda Ana dili ilə bağlı keçirilən tədbirlər haqqında çıxış etmişdir,
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?