“Nə? Harda? Nə zaman ?”

“Nə? Harda? Nə zaman ?”

Quba filialının direktoru dos.Yusif Alıyev və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalib gənclərlə görüşüb

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 yanvar 2024-cü il tarixində Quba Olimpiya İdman Kompleksində 2 Fevral -Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Nə? Harda? Nə zaman ?”intelektual oyunu üzrə “Gənclər kuboku “ region birinciliyi keçirilmişdir

Tədbirin keçirilməsində məqsəd gənclərlə 2 Fevral -Azərbaycan Gəncləri Gününün qeyd edilməsi ,onların intelektual səviyyələrinin artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir . Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri də intelektual oyunda iştirak etmiş və fəaliyyətlərini qələbə ilə başa vurmuşlar.

Yarışdan sonra qalib Prometey komandasının üzvləri –

1. Hacıbalayev Məhəmməd – AZD 2002B

2. Hüseynov Nurlan – AZD 2101B

3. Qasımov Cavan – AZD 2001B

4. Tağıyev Qismət – TM 2101B

5. Allahyarov Arif – TM 2301B

6. Hacıbalayev Mayıl – TCM 2001B

filiala gələrək sevinclərini rəhbərliklə bölüşüblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?