Magistratura imtahanlarının nəticəsində uğur qazanan məzunlarımız: hazırladığımız elm, irfan, mərifət aşiqləri

24.07.2023
Magistratura imtahanlarının nəticəsində uğur qazanan məzunlarımız: hazırladığımız elm, irfan, mərifət aşiqləri

ADPU-nun Quba filialı yüksək təhsilin əlçatan ünvanı olmaqla bərabər, hazırladığı məzunların ali təhsildə yeni pillələr üzrə inkişaflarında da maraqlıdır. Çünki bütün pedaqoji heyət, başda filialın direktoru dosent Yusif Alıyev olmaqla dərk edir ki, cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Demək olar ki, son 4 ildir filialı bitirən məzunların böyük əksəriyyəti magistratura pilləsində təhsil almaq üçün böyük nəticələr sərgiləyirlər. 2022/2023-cü tədris ilində də 194 nəfər məzun tələbədən 40 nəfəri magistratura imtahanlarında iştirak etmiş, onlardan 30 nəfəri keçid balını toplayaraq ixtisas seçimi mərhələsinə buraxılmış, seçim turunda isə 21 nəfər builki məzunumuz respublikanın müxtəlif ali təhsil müəssisələrinin magistratura pilləsinə daxil olmuşlar.

Bütün kollektiv olaraq Şimal bölgəsinin yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin rekord nəticələrlə magistratura pilləsinə qəbul olmaları ilə qürur hissi keçiririk.  Qeyd edək ki, ADPU-nun Quba filialından son 3 ildə magistraturaya qəbul olan tələbə sayına nəzər salsaq bu il ən yüksək nəticə əldə etdildiyinin şahidi olarıq. Belə ki, magistraturaya 2021/2022-ci tədris ilində 15 nəfər, 2022/2023-cü tədris ilində 16 nəfər qəbul olsa da, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş tələbələrimizin sayı 21 nəfərə yüksəldi. Onlardan 10 nəfər  “Tarix və coğrafiya müəllimliyi”, 3 nəfər “İbtidai sinif müəllimliyi”, 5 nəfər “Riyaziyyat və informatika müəllimliyi”, 1 nəfər “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, 2 nəfər “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarının məzunlarıdır.

Aparılan təhlillərə əsasən,
1. UNEC-ə 5 nəfər,
2. ADPU-ya 2 nəfər,
3. Lənkaran Dövlət Universitetinə 3 nəfər,
4. Turizm və Menecment Universitetinə 2 nəfər,
5. Xəzər Universitetinə 2 nəfər,

6. Bakı Dövlət Universitetinə 1 nəfər,

7. Qərbi Kaspi Universitetinə 1nəfər,

8. Azərbaycan Texnologiya Universitetinə 1 nəfər,
9. Bakı Slavyan Universitetinə 1 nəfər,
10. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 1 nəfər,
11. Sumqayıt Dövlət Universitetinə 1 nəfər,
12. Naxçıvan Müəllimlər İnstitutuna 1 nəfər tələbəmiz qəbul olmuşdur.
         Bu il ikinci dəfə tələbələrimizin sırasından  xarici universitetin magistratura pilləsinə qəbul olan tələbə də var. Bu “Tarix və coğrafiya müəllimiyi” ixtisasının tələbəsi Hacıyev Həzrət Polşada WSB Universitetinin magistartura pilləsinə qəbul olmuşdur. Magistratura imtahanlarının nəticələrinə əsasən məzunlarımızdan ən yüksək bal göstəricisi də filialın “Tarix coğrafiya müəllimliyi” ixtisasının məzunu Fərhadlı Murada (81 bal) və Riyaziyyat informatika üməllimliyi ixtisasının məzunu Məmmdov  Nailə (81 bal) aiddir. 

Heç şebhəsiz ki, bu uğurlara  ADPU-nun Quba filialının güclü  kollektivinin böyük əməyi sayəsində imza atılıb.

       Filialın direktoru dosent Yusif Alıyevin “Təhsil hər zaman bütün uğurların açarı olaraq qalacaq. Böyük Nizami oğluna nə deyir? «Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat… Məndən söyləməkdir, səndən eşitmək, Bir insan əliboş gəzməsin gərək» dediyi sözləri layiqincə doğrultmağı bacaran bütün məzunlarımızı, hazırladığımız elm, irfan, mərifət aşiqlərini bir daha səmimi qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzu edirik. Uğurunuz uğurumuzdur, əziz məzunlarımız.

NİxtisasQrup Tələbənin soyadı və adıTopladığı balAli təhsil müəssisəsi və ixtisas
1Tarix və coğrafiya
müəllimiyi ixtisası
TCM 1802 B1Murad Fərhadlı81ADPU, Təhsildə qiymətləndirmə və monitorinq
22Seyidməmmədov Hafiz70UNEC, Layihələrin idarə olunması
33Şəfiyeva Emiliya67UNEC, Layihələrin idarə olunması
44Şirinova Bahar57Qərbi Kaspi, Qafqaz xalqları tarixi
55Şamilova Sevda56,5Turizim və Menecment, Muzeyşünaslıq
66Mustafayeva Gültəkin51,5Turizim və Menecment, Arxeologiya
7TCM 1801 B7Ələskərov Xəyyam79UNEC, Layihələrin idarə olunması
88Bayramova Aydan74,5UNEC, İnsan resurslarının  idarə olunması
99Absəlimova Nəzrin68UNEC, İnsan resurslarının  idarə olunması
1010Əkbərov Sənan51,5Xəzər Universiteti, Turizm və otelçiliyin idarə olunması
11 12İbtidai sinif
müəllimiyi ixtisası
İBT 1902 B1 2Şəhla Qafarova Pənahov Sübhan65ADPU, İbtidai sinif metodika
 və metodologiyası   NMİ, Təhsildə social psixoloji xidmət ixtisası
13İBT 1901 B3Əsgərova Nigar47LDU, Məktəbəqədər təlim və tərbiyənin
 metodika və metodologiyası
14Riyaziyyat və
 informatika müəllimliyi
RIN 1801 B1Əliməmmədova Səidə68SDU, Riyazi analiz
152Şükür Qurban62,5LDU, Kompüter sistemləri və şəbəkələri
163Səfixanov Elşən53LDU, Riyaziyyatın tədrisi metodikası və
174Məmmədov Nail81ADNSU,  Kompüter  mühəndislyi
185Seyidov Vahid60ATU (Gəncə şəhəri), İnformasiya Texnologiyaları
və telekommunikasiya sistemləri
19Azərbaycan dili və ədəbiyyatı müəllimliyiAZD 1902 B1Nurməmmədova Səbinə68BSU, Ədəbiyyatşünaslıq
(ədəbi tənqidin nəzriyyəsi və tarixi)
20Təhsildə sosial-
psixoloji xidmət
TSP 1901 B1Mustafayeva Aygün74Xəzər Universiteti, Klinik psixologiya
212Zamanova Aytac74.5BDU, Təhsildə sosial-psixoloji xidmət
       
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?