“Könüllülük nədir?”

30.09.2023
“Könüllülük nədir?”

28 sentyabr 2023-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun təşkilatçılığı ilə tələbələrlə “Könüllülük nədir?” adlı tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev və baş məsləhətçisi Elsevər Bayramlı gənclərə könüllülük fəaliyyətinə cəlb olunmanın qaydaları, fayda və üstünlükləri haqqında geniş məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.

Tədbirin sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib. Tədbir gənclərin xatirində xoş təəssüratlar oyatmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?