
28 sentyabr 2023-cü il tarixində ADPU-nun Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba – Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Brain Ring” formatında intellektual oyun keçirilib.
Oyunda 100 nəfər gənc iştirak edib, yarış çərçivəsində iştirakçılara Azərbaycan tarixi və Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında suallar təqdim edilib.Sonda qalib komanda kubok və medallarla təltif edilib.





