Türkiyənin Başkent Universitetinin Təhsil İnstitutunun rəhbəri professor Servet Özdemir Quba filialında seminar keçirib

15.04.2024
Türkiyənin Başkent Universitetinin Təhsil İnstitutunun rəhbəri professor Servet Özdemir Quba filialında seminar keçirib

ADPU-nun Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyevanın təşəbbüsü ilə Türkiyənin Başkent Universitetinin Təhsil İnstitutunun rəhbəri professor Servet Özdemir Quba filialının professor-müəllim heyəti ilə görüş keçirib, seminar verib.

Qonaqları yüksək qonaqpərvərliklə qarşılayan direktor dosent Yusif Alıyev əvvəlcə onları filailla tanış edərək son illər yaradılan yeni tipli auditoriyalar, kabinetlər, mərkəzlər, filialda aparılan yenidənqurma və bərpa işləri haqqında ətraflı məlumat verib, qarşıdakı hədəflər haqqında danışıb, təcrübə mübadiləsi aparıb. Qonaqlar da Filialın maddi – texniki bazası ilə tanışlıqdan və gördükləri gözəlliklərdən olduqca məmnun olduqlarını dilə gətirib, bu istiqamətdə xüsusi əməyi və təşəbbüsü, novatorluğu ilə seçilən Filial direktoru dos. Y.Alıyevə Azərbaycan təhsil məkanında atdığı hər bir addıma görə təşəkkür ediblər.

Daha sonra qonaqlar Böyük akt zalında Filial kollektivi ilə görüşüb, “Təhsilin gələcəyi” mövzusunda seminar ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib, Qırmızı Qəsəbə ilə tanışlıq olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?