İmtahan sessiyası yekunlaşdı

14.02.2024
İmtahan sessiyası  yekunlaşdı

Quba filialında imtahan sessiyası yekunlaşıb və 2023/2024 tədris ili üzrə müvəfəqiyyət göstərici 91.13%, keyfiyyət göstəricisi isə 68.28% olmuşdur.

İmtahan sessiyası zamanı filialın əyani təhsilalma formasının 11 ixtisası üzrə 45 qrupda təhsil alan 1104 nəfər tələbənin, 202 fənn üzrə 261 imtahan keçirilmişdir.

Keçirilən 261 fəndən yalnız 256 fənn yazılı, 5 fənn şifahi formada cavablandırılmışdır.

İmtahan nəticələri bütün qruplar üzrə 1 günün imtahan nəticələri növbəti günün sonunda elan olunmuşdur. İmtahan cavablarının yoxlanılmasında bütün müəllimlər əzmlə iştirak etmişlər.

Ümumilikdə 1097 nəfər tələbə 6284 imtahanda iştirak etmişdir. Həmçinin qeyri-müvəfəq qiymət alan 567 nəfər üçün 2 gün təkrar imtahanlar (25%) keçirilmişdir. Ümumilikdə təkrar imtahan verməyə 356 tələbə müraciət etmişdir.

İmtahan nəticələrindən narazı tələbələrin ərizələrinə operativ baxılmasıni Apellyasiya komissiyasının üzvləri tərəfindən təmin edilmişdir.Ərizələrin qəbulu 08.01.2024-cü il tarixindən 05.02.2024-cü il tarixinə kimi həyata keçirilmişdir. Ümumilikdə Filial üzrə Apellyasiya komissiyasına 147 imtahan işindən 11 ixtisas üzrə şikayət ərizəsi ilə müraciət etmiş, 50 işdə Apellyasiya komissiyasının qərarı ilə bal dəyişikliyi olmuş, 76 işdə heç bir dəyişiklik edilməmiş, 21 müraciətdən isə imtina edilmişdir.

Qeyd edək ki, nəticələr haqqında məlumatları Filialın İmtahan qərargahının sədri Yusif Abayev və Apellyasiya komissiyasının sədri Nübar Bayramova təqdim edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?