Xocalı faciəsinindən 32 il ötür

23.02.2024
Xocalı  faciəsinindən  32 il ötür

Quba filialında “Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım-Xocalı faciəsi” mövzusunda tədbir keçirilib

26 Fevral Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar “Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırım-Xocalı faciəsi” mövzusunda tədbir baş tutmuşdur. ADPU-nun Quba filialının əməkdaşı Nəhayət Şirinovanın moderatorluğu ilə keçirililən tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının və vətən uğrundan canlarından, qanlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, dosent Yusif Alıyev, Quba Rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai – siyasi, humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) baş direktoru Azər Əliyev, Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri Məhluqə Qaramanlı, Filialın Humanitar elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış ediblər, Filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələri Yeganə Quliyeva – ingilis dilində“Xocali genocid” şeirini, Gülyanaq Əhmədova isə Filialın müəllimi Rahib Sədullayevin “Xocalım” şeirini səsləndiriblər.

Daha sonra “Xocalı nişanəsi” adlı film nümayiş etdirilib və Filialın tələbələri Gülyanaq Əhmədova, Nəzrin Talıbova, Yusif Allahverdiyev-“Biz qayıtdıq” adlı səhnə təqdim ediblər.

Tədbirdən sonra Filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən 26 Fevral 1992-ci qurbanlarının xatirəsinə həsr edilən “Qan yaddaşımız” adlı guşəyə baxış keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?