“Gənc tədqiqatçıların V beynəlxalq elmi konfransı”na qeydiyyat başlandı

“Gənc tədqiqatçıların V beynəlxalq elmi konfransı”na qeydiyyat başlandı

Cari ilin 29-30 aprel tarixlərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların V beynəlxalq elmi konfransı” keçiriləcək.

Bakı Mühəndislik Universitetində (BMU) hər il ənənəvi olaraq təşkil olunan konfrans mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq bu dəfə onlayn formatda baş tutacaq. Konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə bölüşmək, eləcə də gənclərin elmə olan marağını artırmaqdır. Tədbirdə, həmçinin ortaq problemlər müzakirə ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək.

Konfransın elmi istiqamətləri mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləridir. Son müraciət tarixi 7 Aprel 2021-ci il, saat 17.00 nəzərdə tutulub.

Tədbirlə və onun proqramı barədə daha ətraflı məlumatı bu  linkə  – http://yric.az/ daxil olmaqla əldə etmək mümkündür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?