Filialın tələbəsi Səma Asəfova sevilən şairimiz Ramiz Rövşənin anadan olmasının 75 illik yubiley tədbirində iştirak edib

20.12.2021
Filialın tələbəsi Səma Asəfova sevilən şairimiz Ramiz Rövşənin anadan olmasının 75 illik yubiley tədbirində iştirak edib

17.12.2021-ci il tarixində Xaçmaz regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Xalq şairi Ramiz Rövşənin anadan olmasının 75 illik yubileyi ilə əlaqədar “Tikanı gülə çevirən şair” adlı tədbir keçirildi. MKS-nin direktoru Saməddin Nəsirov tədbiri açaraq bildirdi ki, bu il tanınmış azərbaycanlı şair, yazıçı, dramaturq, tərcüməçi Ramiz Rövşənin 75 yaşı tamam olur. Ədəbiyyatın elə sütunları var ki, o sütunlarsız ədəbiyyat ayaqda dura bilməz. Ramiz Rövşən də bu gün Azərbaycan ədəbiyyatının şah sütunlarından biridir. Tədbirə dəvət olunmuş Quba Dövlət Sosial İqtisad Kollecinin ədəbiyyat müəllimi Elşən Gərəyov və Qafqaz TV-nin əməkdaşı Xanım Məmmədova çıxış edərək bildirdilər ki, Ramiz Rövşən yazdığı şeirlərin tək bircəsini yazmış olsaydı belə, yenə də sevilən şair kimi ədəbiyyat tariximizə daxil olacaqdır. Onun hər bir şeiri sənətkarlıq, fikir dərinliyi, rəvanlıq cəhətdən dilimizin gözəlliyini, incəliyini bir daha sübut edən parlaq bir nümunədir. Daha sonra mərkəzi kitabxananın əməkdaşları Mehriban Gəbəybəyova və Gülnarə Fərzəliyeva çıxış edərək bildirdilər ki, şeirlərində vətənpərvərlik, bəşəri məhəbbət, dərin etiqad, vüqar və sadəlik, xalq ruhuna yaxınlıq, dərin sənətkarlıq, müdriklik, həyata və insana məhəbbətin tərənnümü poetik şəkildə təcəssüm etmişdir. Ramiz Rövşən poeziyamızda yeni irs, yeni cığır açmış əvəzedilməz, təkrarolunmaz bir şairdir. Tədbir çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Səma Asəfova və Quba Dövlət Sosial İqtisad Kollecinin tələbələri Əminə Axundova, Nərmin Yusifova və Səbinə Həmzəyeva şairin məşhur şeirlərindən parçalar səsləndirdilər. Tədbirin sonunda Ramiz Rövşən yaradıcılığına həsr olunmuş “Sevilən şair Ramiz Rövşən” adlı videoçarx izlənildi və “Ramiz Rövşən -75” adlı sərgi nümayiş olundu.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?