İclası açıq elan edən kafedra müdiri dosent Gülşən Ağabəy 2022/2023-cü tədris ilinin dərs bölgüsü ilə bağlı məlumat verib, geridə buraxdığımız tədris ili üçün müəllimlərin hesabatlarını dinləyib.
Daha sonra filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva yeni formada sillabusların tərtib edilməsi ilə bağlı təlim materiallarını təqdim edib. Şöbə müdiri Pərvanə Rzayeva qeyd edib ki, təqdim edilən sillabus nümunəsi Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa,
“Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydalari”na, Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnaməyə, “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə, “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG)”a, ixtisaslar üzrə Təhsil proqramlarına əsasən hazırlanmışdır.
İşçi tədris proqramı (sillabus) — fənnin müvafiq proqramı əsasında hazırlanan və özündə tədris olunan fənnin təsvirini, onun hədəf və məqsədini, qısa məzmununu, dərslərin müddətini və növlərini, tələbənin müstəqil işi üçün tapşırıqları, onların yerinə yetirilməsi müddətini, məsləhət saatlarını, müəllim haqqında məlumatı, müəllimin tələblərini, qiymətləndirmə meyarlarını, aralıq qiymətləndirmə cədvəlini, istifadə olunan ədəbiyyatın siyahısını özündə əks etdirən sənəddir.
Sonra iclasda “Toponomika” fənninin Ədəbiyyat və dillər kafedrasının yönəldilməsi ilə bağlı, 2022-ci təqvim ili üzrə yazılacaq elmi işlərin vəziyyəti ilə bağlı, TEC-in X konfransının nəticələri ilə bağlı məsələlər müzakirə edilib, 2022/2022-cü tədris ilinin kafedra üzrə illik hesabatın dinlənilib.