ADPU-nun Quba filialında 15 Sentyabr Bilik Gününə həsr edilmiş tədbir keçilib.

15.09.2023
ADPU-nun Quba filialında 15 Sentyabr Bilik Gününə həsr edilmiş tədbir keçilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 15 Sentyabr Bilik Gününə həsr edilmiş “Dünyada inkişafın yeganə uğurlu yolu elmin inkişafıdır “ adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra tədbir filialın Humanitar və sosial elmlər fakültəsinin tyutoru Türkan İskəndərovanın moderatorluğu ilə davam etdi.

Açılış nitqi ilə çıxış edən Filialın direktoru fiz.ü.e. dok, dosent Yusif Alıyev əvvəlcə universitetə yeni qəbul olmuş tələbələri salamlayaraq onlara yeni tədris ilində uğurlar arzulayıb. Bildirib ki, son illər ADPU-nun Quba filialını yüksək bal toplayan abituriyentlərin seçimi artır. Bu da müəllim peşəsinə olan məhəbbətin bariz nümunəsidir. Biz gələcəyə təkcə yüksək təhsilli gənclər deyil həm də Vətənini sevən, onu qoruyan və bu ülvi duyğuları özlərindən sonrakı nəsilə ötürə bilən vətənpərvərlər yetişdiririk. Daha sonra dos. Yusif Alıyev qeyd etdi ki, dövlətimiz tərəfindən əlverişli təhsil mühitinin yaradılması, istedadların üzə çıxarılması gənclərin qurub-yaratmaq əzmini daha da artırır və onları xalqa, Vətənə layiqli övladlar olmağa sövq edir. Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi və siyasi strategiyanın möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inam və cəsarətlə davam etdirilməsi Azərbaycan dövlətinə yeni-yeni nailiyyətlər qazandırır. Təsadüfi deyil ki, Qarabağda yeni məktəb binaları istifadəyə verilir, məktəb-quruculuq işləri davam etdirilir. Regionun lider dövləti statusunun daha da möhkəmləndirilməsi və dünyanın aparıcı dövlətləri sırasında yerinin qətiləşməsi üçün etibarlı zəmin yaradır.

Daha sonra çıxış üçün söz Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işcisi Rahib Sədullayevə verildi. O da oz növbəsində 1-ci tədris ili tələbərini təbrik edib onlara uğurlar arzuladı. Onlara bildirdi k, əgər tələbə olsa idi o da seçimində ADPU-nun Quba filialını ilk əvvəldə qeyd edərdi. Çünki bura istər maddi-texniki bazası, istərsə də müəllim kollektivi ilə olduqca zəngindir, Filial Y.Alıyevin rəhbərliyi ilə gündən-günə çiçəklənir.

Növbəti çıxış Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən, universitetimizdə adına auditoriya salınmış Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyevə verildi. O da tələbələrimizə övladı Nuran Mirzəyevin arzusunu, oxuma istəyini həyata keçirdiklərinə görə öz təşəkkürünü bildirdi. Qeyd edək ki, Nuran Mirzəyevin adının verildiyi auditoriya Xarici dil müəllimliyi auditoriyasıdır. Bu auditoriya Filialda dosent Y.Alıyevin təşəbbüsü ilə 2022-ci il 15 sentyabrda açılıb, buna görə də bir Şəhid atası kimi ali məktəb rəhbərinin bu diqqətinə öz təşəkkürümü bildirirəm.

Sonra tədbirdə 500dən yuxarı bal yığaraq öz istəyi ilə ADPU-nun Quba filialını seçən Səma Mərdiyeva, 572 bal toplayan tələbə Jalə İsmixanovanın valideyni Nazlı İsmixanova da çıxış etdilər.

Daha sonra 500-dən yuxarı bal yığan tələbələrin valideyinlərinə, dosent Yusif Alıyev tərəfindən ünvanlanan Minnətdarlıq məktubları tələbələrin özlərinə təqdim edildi.

Sonda tələbələr və valideyinlərlə birlikdə xatirə şəkli çəkildi.

Tədbirdən sonra Filial rəhbərliyi, Şəhid Nuran Mirzəyevin atası Akif Mİrzəyev, valideynlər Şəhidin adına olan auditoriyada təhsil alan I tədris ili tələbələri ilə görüşdülər, qeyd olundu ki, Şəhidlərin adına adlandırılan auditoriyalarda təhsil alan tələbələrin məsuliyyəti biraz daha çoxdur, onlar hamıdan yaxşı olmağa məcburdurlar. Çünki təhsil aldıqları məkan həm də müqəddəs məkandır. Çıxış edən tələbələr də daha yaxşı oxuyaraq istər Şəhid atasının, istər öz valideynlərinin, istərsə də filial rəhbərliyinin etimadlarını doğruldacaqlarını diqqətə çatdırdılar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?