Filialda yeni vəzifə təyinatları olub

Filialın direktoru dosent Yusif Alıyevin əmri ilə Ağası Sərxan Kamil oğlu İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri, Laçınov Şəhriyar Balamət oğlu isə Strateji məsələlər üzrə məsləhətçi vəzifəsinə təyin ediliblər.
Bu münasibətlə hər iki əməkdaşımızı səmimi-qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
QEYD:
1. Sərxan Kamil oğlu Ağası 14 fevral 1990-cı ildə Quba şəhərində ziyalı ailəsində anadan olub.
Quba şəhər Azad Məmmədov adına 2 №-li tam orta məktəbdə təhsil alıb. Azərbaycan Milli Aviasiya Akademiyasını bitirib. İdarəetmə üzrə müxtəlif təlim və seminarların iştirakçısıdır.
2018-ci ildən AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN Quba filialında müxtəlif vəzifələrdə çalışıb.
2. Laçınov Şəhriyar Balamət oğlu 24 fevral 1991-ci ildə Quba şəhərində anadan olub.
George Washington University / ADPU – Təhsil və insan inkişafı – Təhsil siyasəti/ Təhsil menecmenti ikili diplom dövlət proqramı üzrə magistratura təhsili alır,
Azərbaycan Dövlət İqtisad Universiteti – Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasında bakalavr təhsil alıb.
2021-ci ildən AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN Quba filialənda çalışır.
Bir daha hər iki əməkdaşımızı təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.