ADPU-nun Quba filialından növbəti yenilik

14.04.2023
ADPU-nun Quba filialından növbəti yenilik

Filialın Humanitar və sosial elmlər fakültəsinin Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Şəhla İbişova “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbələrinə “Müəllim ixtisasına giriş” fənninin tədrisi zamanı müxtəlif təhsil işçilərini müzakirəyə cəlb etməklə dünya təhsil təcrübəsini inteqrativ şəkildə öyrədir.

Növbəti qonaq müəllimlər – Qırğızıstanlı Sabira İmaməliyeva və Burkina Fasolu Muhammed Kouando olub.

Qonaq müəllimlər ölkələrindəki müəllimlik fəaliyyətlərinə dair təcrübələrini tələbələrlə paylaşıb, bu peşədə uğurlu olmanın yollarından bəhs ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?