ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Almaniyada işgüzar səfərdə olub

15.11.2023
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev Almaniyada işgüzar səfərdə olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev, Xarici Dillər Mərkəzinin müdiri, dosent Ülviyyə Hacıyeva, Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Xarici Dillər Mərkəzinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mirvari Qasımova “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə – Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” Pedagogical Professionalism and Internationalization – Dialogue with the Post-Soviet Islamic Education Space”) layihəsi çərçivəsində 5-11 noyabr tarixlərində Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetində (FAU) işgüzar səfərdə olmuşlar.

Səfər zamanı layihənin digər tərəfdaşı olan Qazaxıstanın Qazax Milli Pedaqoji Universitetindən (KazNPU) və Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetindən (FAU) olan administariv heyət və əməkdaşlarla beynəlxalq təhsil, təhsildə beynəlmiləlləşmə mövzularında fikir mübadiləsi aparılmış, cari layihənin davam etdirilməsi, həm layihə tərəfdaşı olan universitetlərin öz aralarında, həm də digər tövsiyə oluna biləcək müxtəlif universitetlərlə gələcək əməkdaşlıq imkanları qiymətləndirilmiş, fəaliyyət dayanıqlılığını təmin etmək üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə Beynəlxalq Təhsil Şəbəkəsinin (Network on International Education in South Caucasus and Central Asia (NIE-SCCA)) yaradılması barədə razılıq əldə edilmişdir.

Təlim səfəri çərçivəsində Bakı-Nürnberq diasporunun yaradıcısı və eyni zamanda FAU-nun professoru, həmyerlimiz Yaşar Musayevlə görüş keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?