Tədbir filialın Heydər Əliyev lektoriyasında keçirilib.Tədbirdə filialın rəhbərliyi, 44 günlük müharibə iştirakçıları İsmət Əhmədov, Səfa Mərdanov iştirak edib.
Tədbiri açıq elan edən direktor köməkçisi Mürvət Əliyev günün yaranma tarixi haqqında ətraflı məlumat verib.Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarında keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra tədbirdə çıxış edən filialın direktoru dos.Y.Alıyev qeyd edib ki, bu gün ölkəmizin, həmçinin rayonumuzun ictimai-siyasi həyatında olduqca əlamətdar və tarixi bir gündür. Müstəqil dövlətmizin ən mühüm atributlarından biri sayılan ordumuzun yaranmasının 104 ili tamam olur.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Son illər ərzində bütün digər sahələr kimi ölkəmizin ərazi bütövlüyünün möhkəmləndirilməsi, respublikamızın müdafiə qabiliyyətinin durmadan artırılması sahəsində də yüksək nailiyyətlər əldə olunmuşdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli hərbi gücüdür. Bunun ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədir.
Daha sonra tədbirdə filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini A.Şeydayeva, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi, qazi İsmət Əhmədov, filialın Tarix coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbəsi, qazi Səfa Mərdanov çıxış edib.Tədbirdə çıxış edən hər iki qazi öz döyüş yolundan,,bu yoldakı şərəf və məsuliyyət hissindən böyük qürurla bəhs etdilər, daha sonra qeyd etdilər ki, xidmətdə olan gənclərimiz ərazi bütövlüyümüzün keşiyində möhkəm dayanmış və şəhidlərimizin qisasını yağı düşməndən almışlar.
Tədbirin sonunda filialın İKT şöbəsinin müdir müavini H.Musayev tərəfindən hazırlanan Azərbaycan Silahlı Qüvvələrinə həsr edilən videoçarx nümayiş edilib.
Tədbirdən sonra filialın əməkdaşları Aysel Şeydayeva, Mürvət Əliyev, Mələk Bağırova, Qələmşah İdrisov, Mahirə Malıyeva, Pərvanə Rzayeva, Yusif Abayev, Sərxan Ağası, Şəhriyar Laçınov, filialın müəllimi Nurbala Süleymanov Türkiyə Azərbaycan Qardaşlıq Parkını, Quba Şəhidlərinin müqəddəs məzarlarını ziyarət edib, gül dəstələri qoyub,Azərbaycan Ordusunun dünyaya nümunə olan gücünə güc qatan Şəhid ruhlarına Allahdan rəhmət diləyiblər.
Yaşasın qəhrəman Azərbaycan ordusu!
Eşq olsun yenilməz Azərbaycan əsgərinə!
Bayramınız mübarək!