YENİ AZƏRBAYCAN PARTİYASI-nın yaranmasının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

YENİ AZƏRBAYCAN PARTİYASI-nın yaranmasının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

19 noyabr 2020-ci il tarixdə YAP  Quba rayon təşkilatında bu münasibətlə videokonfrans keçirildi. Videokonfransa YAP Quba rayon təşkilatının sədri Yusif Abidov , Milli Məclisin deputatı Aydın Mirzəzadə, ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, YAP Quba rayon təşkilatının fəalları, həmçinin filialın bir sıra struktur rəhbərləri və  əməkdaşları qoşulmuşdur.
Videokonfransı Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri  cənab Yusif Abidov açıq elan edir. Azərbaycan Respublikasının Dövlət Himni səslənir.
Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Yusif Abidov konfrans iştirakçılarını təbrik etdi, şəhidlərimizə Allahdan rəhmət dilədi. Sədr qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda  Heydər Əliyevin sədrliyi ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın proqram və nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən  və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

İcazə verin  Yeni Azərbaycan  Partiyasının qurucusu, ölməz tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
(1dəqiqəlik  sükut)      Allah rəhmət eləsin.   Bir dəqiqəlik sükutdan sonra Yeni Azərbaycan Partiyası  Quba rayon təşkilatının sədri Yusif Abidov videokonfransı davam etdirərək, Partiyamızın yaranmasının 28 –ci ildönümü ilə  əlaqədar çıxışlara başlanıldı.
Çıxış edən  Millət Vəkili  Aydın Mirzəzadə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığından eləcə də, partiyanın keçdiyi çətin və şərəfli yoldan danışdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev,  Quba RİH-də ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı  Qadınlar Şurasının sədri, ADPU Quba filialının direktor müavini Aysel Şeydayeva qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası artıq böyük uğurların müəllifidir. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti Cənab Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan müasirləşir, güclənir, çox zəngin və qüdrətli dövlətə çevrilir.
YAP Quba rayon təşkilatının sədri Yusif Abidov videokonfransa yekun vuraraq  bildirdi ki, bizim hamımızın borcu  Ulu Öndərimizin ideyalarına daim sadiq qalmaq, bu ölməz ideaları yaşatmaq və Ümummili Liderimizin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməklə ölkəmizin daha da qüdrətlənməsi naminə var qüvvəmizi əsirgəməməkdən ibarətdir.

Yaşasın Müstəqil Azərbaycan!
Yaşasın Yeni Azərbaycan Partiyası!
Yaşasın Müstəqil Azərbaycan Respublikasının Prezidenti,
Yeni   Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyev!

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?