Elza Orucovanın “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi

04.04.2024
Elza Orucovanın “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi

ADPU-nun Quba filialında Elza Orucovanın “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi münasibətilə tədbir keçirilib

3 aprel 2024-cü il tarixdə ADPU-nun Quba filialının Heydər Əliyev lektoriyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-ci ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyəti nəzərə alınaraq möhtərəm Prezident cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş rayonunun sosial iqtisadi inkişafında və ictimai-siyasi həyatında xidmətləri olan, gənc nəslə Heydər Əliyev siyasi kursunu layiqincə təbliğ edən Orucova Elza Qədir qızının iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Filialın direktoru fizika elmləri doktoru dosent Yusif Alıyev Elza Orucovanı təbrik edib, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ona təqdim edilən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının Quba rayonunun, kollektivin uğuru olduğunu diqqətə çatdırıb. Bildirib ki, əməkdaşımızın belə mötəbər medal ilə təltif edilməsi bütün kollektivin məsuliyyətini artırır. Belə bir nəticə hasil olur ki, illərlə çəkilən zəhmət istər ölkə rəhbərliyi, istərsə də rayon rəhbərliyi səviyyəsində qiymətləndirilir. Biz vətəndaşların üzərinə düşən vəzifə isə öz işimizin öhdəsindən layiqincə gəlməkdir. Daha sonra Elza xanımı işində məsuliyyətli, intizamlı bir kadr kimi dəyərləndirib, gənclərə örnək adlandırıb.

Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin direktoru t.f.d.Rəxşəndə Bayramova, Quba Regional Perinatal Mərkəzin həkimləri Vüsalə Fidayeva, Rəhimə Məmmədova, Quba Soyqırımı Memorial Kompleksinin Mətbuat xidmətinin rəhbəri Abu Turabov, Filialın professor-müəllim heyəti, struktur bölmə rəhbərləri də çıxış edərək Əməkdar mədəniyyət işçisi, Filialın Humanitar elmlər kafedrasının müəllimi Elza Orucovanı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edib, uğurlarının davamlı olmasını arzu ediblər.

Daha sonra çıxış edən Elza Orucova ilk olaraq “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsinə görə ölkə Prezidenti cənab ilham Əliyevə minnətdarlığını bildirərərk, dövlət səviyyəsində göstərilmiş etimada onunla bərabər sevinən kollektivə təşəkkür edib, göstərilən ali diqqətə görə qürurlandığını bildirib.

Tədbirin sonunda simvolik tort kəsilib, söhbət səmimi çay süfrəsi ətrafında davam edib.

Elza xanımı bir daha ürəkdən təbrik edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?