Elmi Şura

04.03.2024
Elmi Şura

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib.

Elmi Şuranın sədri, ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev Elmi Şuranın iclasını giriş sözü ilə açaraq iclas iştirakçılarını salamladı və 27 fevral 2024-cü il tarixində ADPU-nun Elmi Şurasında səsləndirilən Filial üçün vacib olan bir sıra tapşırıq və məsələləri diqqətə çatdırdı.

Sonra gündəlikdə duran birinci məsələ “İbtidai sinif müəllimliyi Təhsil proqramının akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatı” ilə Tədris şöbəsinin müdiri Mələk Bağırova çıxış etdi. O bildirdi ki, Proqram akkreditasiyası 12 meyar üzrə aparılacaq ki, bununla bağlı hazırlanmış hesabat elmi şuranın müzakirəsinə təqdim olundu. Hesabatda ixtisas ilə bağlı bütün məsələlər: təhsilalanlar, infrastruktur, maddi-texniki baza, profesor – müəllim heyəti ,kitabxana -elektron resurslar, karyera və məzunlarla iş sorğuları və s ilə bağlı məlumatlar təstiq edilmiş sənəddə öz əksini tapmışdır. Filial 2011-2019-cu illərdə İnstitusional akkreditasiyadan keçmişdir. Proqram akkreditasiyası filial tarixində l dəfədir ki, keçiriləcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?