“Yaşayıb Yaradan, Məkan” adlı intellektual yarış keçirilib

“Yaşayıb Yaradan, Məkan” adlı intellektual yarış keçirilib

Bildiyimiz kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci ildə yaradılmışdır! 5 filialdan ibarət olan Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 illiyini qeyd edir.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyinə həsr olunmuş  “Yaşayıb Yaradan, Məkan!”  adlı intellektual yarış keçirilib.Yarışda ADPU-nun Quba filialı da ASSASSİN’S CREED adlı komanda ilə iştirak edib və topladığı bal hesabı ilə ikinci olub.Komandanın tərkibi aşağıdakı kimi olub:
1.Nəcəfov Səyyad- Komandanın kapitanı
2.Elxan Əskərov
3.Əhməd Əliyev
4.Mahir Məmmədsalahov
5.Ələkbər Babayev

Qeyd: Yarışın qaydaları.

• Azərbaycan Dövlət Pedaqoji Universitetinin tanınmış məzunları haqqında 15 sual təqdim ediləcək;

• Yarışda iştirak etmək istəyən şəxslər minimum 3- maximum 5 nəfərdən ibarət komanda şəklində qeydiyyatdan keçməlidirlər;

• İlk 3 yerin qalibi olacaq komandalar diplomla  təltif olunublar.
Gəncləri təbrik edir, qalibiyyətlərinin davamlı olmasını arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?