ADPU-nun Quba filialın əməkdaşın məqaləsi impakt faktorlu jurnalda çap olunub.

08.07.2023
ADPU-nun Quba filialın əməkdaşın məqaləsi impakt faktorlu jurnalda çap olunub.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Dr. Sərxan Cəfərovun coğrafiyaçı alim Zaur İmrani ilə birlikdə WoS və SCOPUS elmmetrik bazasında indekslənən, 0.4 impakt faktor göstəricili və Q4 kateqoriya göstəricili “International Journal of Professional Business Review” jurnalında məqalələri çap olunub.

Belə ki, Azərbaycanda ilk dəfə olaraq dosent Zaur İmraninin “İstehsalda davamlı inkişafın iqtisadi-coğrafi modeli” və Sərxan Cəfərovun müəllifi olduğu “Təhsildə davamlı inkişaf modeli” Amerika alimlərinin diqqətini cəlb etmiş və bizim məqaləmiz WoS və SCOPUS elmmetrik bazasında indekslənən, 0.4 impakt faktor göstəricili və Q4 kateqoriya göstəricili (https://www.scimagojr.com/journalsearch.php?q=21101045037…) “International Journal of Professional Business Review” jurnalında nəşr olunmuşdur.

Bu məqalə Azərbaycan təhsilinin həm sinergetik yanaşma, həm də inteqrativ istiqamət baxımından yeni yanaşmalardan biridir.

(https://www.openaccessojs.com/JBReview/article/view/2603)

Bu münasibətlə hər iki müəllifi yüksək nailiyyətləri münasibətilə ürəkdən təbrik edirəm.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?