“Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi” qonaqlar tərəfindən ziyarət edildi.

03.06.2024
“Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi” qonaqlar tərəfindən ziyarət edildi.

Quba filialında Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə xidmət edəcək “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”ni ziyarət edən qonaqların sayı durmadan artır

1 iyun tarixində DGTYB təsisçisi Əkbər Qoşalı, DGTYB sədri İntiqam Yaşar, şair Ramiz Qusarçaylı, şəhid ailələri mərkəzlə tanış olub, mərkəzlə tanışlıq zamanı dos. Y.Alıyev bu haqda ətraflı məlumat verib. Əvvəlcə qonaqlar “Azərbaycan – Özbəkistan dünən və bu gün” stendi ilə tanış olub, stenddə ulu öndər Heydər Əliyevin tarixi fotoları ilə, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan və Özbəkistan Respublikası arasında qurulan diplomatik və qardaşlıq əlaqələrini əks etdirən fotolar haqqında məlumat alıblar. Həmçinin Mərkəzin giriş hissəsində Azərbaycan və Özbəkistanın tarixi şəxsiyyətlərinin, alim və ziyalılarının xatirə stendləri, qiymətli kitablardan ibarət sərgi, divarda çəkilmiş rəsmlərlə tanış oldular. Mərkəzdə qonaqlar 8 türk dövlətinin bayraqları önündə şəkil çəkdirib, qeyd ediblər ki, Azərbaycanın xarici siyasətində Türk dövlətləri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Bu mənada yeni yaradılan Mərkəz də öz əhəmiyyətini təsdiq edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?