Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizi yad etmək məqsədilə “Şəhidim” yürüşü təşkil olunub.

02.12.2019
Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizi yad etmək məqsədilə “Şəhidim” yürüşü təşkil olunub.

ADPU-nun Quba Filialının əməkdaşları Qubada yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.

      1 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Şəhidim” kompaniyasına start verilib. Kompaniya çərçivəsində Quba Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin əməkdaşlarl ilə birlikdə Quba şəhərində yerləşən Şəhidlər Xiyabanı və şəhid ailələrinə ziyarət təşkil edilib. Qubada yerləşən müxtəlif təşkilatların könüllüləri də bu ziyarətdə iştirak edib.”Şəhidim” kompaniyası çərçivəsində təşkil edilən ziyarətdə ADPU-nun Quba filialının Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Ümumi şöbənin müdiri Sahilə Ağasıyeva, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasınln baş müəllimi, İKT şöbəsinin  müdiri Yusif Abayev, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi, YURD Gənclərin İnkişafına Dəstək İB sədri Ramin Mahmudov, dekanlığın əməkdaşı Nəhayət Şirinova, filialın TGT sədr müavini Həyatə Nurkişiyeva, fəal tələbə gənclər iştirak edib. İştirakçılar Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizi yad edib, Allahdan onlara rəhmət diləyiblər. Daha sonra şəhid ailələri ziyarət edilib.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?