ADPU-nun Quba filialında I tədris ili tələbələrilə görüş keçirildi

21.09.2023
ADPU-nun Quba filialında I tədris ili tələbələrilə görüş keçirildi

Filialın Direktor köməkçisi və eyni zamanda “Humanitar və sosial elmlər” fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən M.C.Əliyev və “Riyaziyyat və təbiət elmləri” fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən N.İ. Bayramova çıxış edərək, ilk öncə tələbələrə öz təbriklərini çatdırdılar.

ADPU – nun Quba filialının tarixi haqqında tələbələrə məlumat verildi. Universitet daxilində 2 fakültə olduğu və hər fakültənin də tərkibində 2 kafedranın ümumilikdə isə 4 kafedranın fəaliyyət göstərildiyi deyildi.

Tələbələrə təhsil illərində lazım olan məlumatları çatdıracaqlarını bildirdilər.

İlk öncə tələbələrə akademik məsləhətçiləri ( tyutor )haqqında məlumat verərək, N.i.Bayramova tyutorun vəzifələri haqqında danışdı. Bildirdi ki, tyutor tələbənin tədris prosesində vəkili rolunu oynuyur. Tələbə təhsil aldığı zaman müddətində hər hansı bir çətinliklə qarşılaşarsa, tyutorun tələbələrə düzgün istiqamət verəcəyini bildirdi.

Hər bir tələbənin ali təhsil müəssisəsində bilməli olduğu terminlərin izahını verdilər.

Kollokviumlar haqqında məlumatlandırılan tələbələrə deyildi ki, kollokviumlar 3 formada – şifahi, yazılı və test üsulu ilə həyata keçirilir. Bundan əlavə olaraq, alt və üst həftə, mühazirə və seminar dərsləri, qaib limiti, dərs və müvafiq olaraq imtahan sessiyası, imtahan va bal sistemi, təqaüd, adlı təqaüdlər, yay məktəbi, filialın daxili nizam – intizam qaydaları, dərslərin başlanma və tənəffüs müddətləri barəsində məlumat verdilər.

Sonda isə tələbələrimizə uğurlu, yaddaqalan tələbəlik illəri arzuladılar.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?