Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialinin Tələbə Elmi Cəmiyyətinin “Hüseyn Cavidin 140 illik yubileyi”nə həsr edilən XII elmi konfransi keçirilib

30.11.2022
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialinin Tələbə Elmi Cəmiyyətinin “Hüseyn Cavidin 140 illik yubileyi”nə həsr edilən XII elmi konfransi keçirilib
Konfrans Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanıb.
Plenar iclası filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini A.Şeydayeva açıq elan edib, filialın direktoru dosent Y.Alıyevin Bakıda keçirilən konfransla əlaqədar iştirak edə bilməməsini və direktorun salamlarını konfrans iştirakçılarına çatdırıb, filialın yeni təyin edilən Tələbə Elmi Cəmiyyətinin sədri Türkan İskəndərovanı və fakültə sədrlərini – Humanitar və sosial elmlər fakültəsi üzrə TEC sədri Zəhra Məmmədova,Riyaziyyat və təbiət elmləri fakültəsi üzrə TEC sədri Zümrüd Məmmədovanı təqdim edib.
Konfrans Riyaziyyat və təbiət elmləri fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Zümrüd Məmmədovanın moderatorluğu ilə davam edib.
Konfransda ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müdiri dos.G.Ş.Ağabəy “
1 Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, f.f.d. Qələmşah İdrisov, ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının müdiri t.f.d. Elnur Nəsirov, ADPU-nun Quba Filialının Humanitar və sosial elmlər fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Zəhra Məmmədova çıxış edib, TEC-nin filialdakı fəaliyyəti haqqında, TETİ-lərin yazılmasının keyfiyyət və kəmiyyəti arasındakı fərqlər haqqında danışıb, tələbələrə uğurlar arzu ediblər.
Daha sonra Filialın AZD2001B qrup tələbəsi Günel Balasıyeva “H.Cavid “AZƏR” poemasında Qərb ilə Şərqin müqayisəsi”( Elmi rəhbər dos.G.Ağabəy, ) Filialın TSP 2001B qrup tələbəsi Xəyal Əhmədov “Müvəffəqiyyət və uğursuzluğun psixoloji xüsusiyyətləri” (Elmi rəhbər: prof.Elmar Hüseynov,) Filialın İBT 2001B qrup tələbəsi Zümrüd Bədəlova “Quba- Xaçmaz iqtisadi rayonunda sahibkarlıq fəaliyyəti, (Elmi rəhbər: b/m Yusif Abayev.) adlı məruzələrlə çıxış ediblər.
Sonra bölmə iclasları haqqında məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə konfrans 2 bölmə üzrə təşkil edilib, konfransda 67 tələbə tədqiqat işi ilə iştirak edib.
BÖLMƏ İCLASLARI HAQQINDA MƏLUMAT
I. TƏHSİL VƏ HUMANİTAR ELMLƏR BÖLMƏSİ –
moderator Zəhra Məmmədova (Böyük Akt zalı, saat 14:00)
 Dos..G.Ş.Ağabəy – Ədəbiyyat və dillər kafedrası müdiri v.m.i.e.
 t.f.d E.G.Nəsirov – Tarix, pedaqogika və sosial elmlər k. Müd.v.m.i.e
 p.f.d L.A.Kərimova – Tarix, pedaqogika və sosial elmlər k.müəllim
b/m R.Sədullayev – Ədəbiyyat və dillər kafedrası, müəllim
 b/m P.H.Rzayeva – Tarix, pedaqogika və sosial elmlər k.KTŞ müdiri
b/m.M.C.Əliyev – Tarix, pedaqogika və sosial elmlər k.Direktor köm
 M.Ç.Məmmədova – Tarix, pedaqogika və sosial elmlər k, müəllim
II. RİYAZİYYAT VƏ TƏBİƏT ELMLƏRİ BÖLMƏSİ- moderator Zümrüd Məmmədova (II Akt zalı, saat 14:00)
f.r.f.d. N.Ə.Süleymanov – Riyaziyyat və informatika k.müdiri .v.m.i.e
 b/m Y.Q.Abayev – Tarix, pedaqogika və sosial elmlər k, İKT şöbəsinin müdiri
b/m, p.f.d.A.B.Şeydayeva- Ədəbiyyat və dillər kafedrası, direktor müavini
 r.f.d. E.B.Axundova – Riyaziyyat və informatika k.müəllim
 b/m E.Əhmədov – Təbiət elmləri kafedrası, GAB sədri
H.O.Musayev – Riyaziyyat və informatika kafedrası, müəllim, İKT şöbəsinin müdir müavini.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?