Atatürk Beynəlxalq Simpoziumu keçiriləcək: Beynəlxalq indeksli jurnalda ödənişsiz yayımlanmaq imkanı

Atatürk Beynəlxalq Simpoziumu keçiriləcək: Beynəlxalq indeksli jurnalda ödənişsiz yayımlanmaq imkanı

İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (IKSAD) tərəfindən 19 may, 2021-ci il tarixində Atatürkün 140 illiyinə həsr olunan Atatürk Beynəlxalq Simpoziumu keçiriləcək. Türkiyənin Samsung əyalətində keçiriləcək konfransda iştirak üçün istəkdən asılı olaraq iki versiya mümkündür: ənənəvi və distant.

Simpoziumda iştirak üçün son müraciət tarixi 5 May, 2021-ci il nəzərdə tutulub. Konfransın proqramı 10 May, konfrans barədə məlumat kitabı isə 25 May tarixində yayımlanacaq.

Simpozium bütün elm sahələri üzrə Atatürk mövzulu tədqiqatlara açıqdır. Konqrensin işçi dilləri türkcə, Azərbaycan türkcəsi və ingiliscədir. Simpoziumda iştirak ödənişsizdir.

İştirakçıların istəyindən asılı olaraq məqalələr 6 illik beynəlxalq indeksli jurnalda ödənişsiz yayımlanacaq.

Məqalələrə qoyulan tələblər və digər məlumatlar üçün linkə daxil olmaq kifayətdir. Simpoziumla bağlı sual və təkliflər üçün iksad47@gmail.com ünvanına müraciət edə bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?