Filialın tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir

23.04.2022
Filialın tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir

ADPU-nun Quba filialının 6 ixtisas üzrə ümumilikdə 179 nəfərdən  ibarət IV və V tədris ili tələbələrinin pedaqoji təcrübəsi  hazırda Quba  şəhəri 1, 2, 5 nömrəli ümumtəhsil məktəblərində, Texniki təmayüllü  liseydə, 1 və 2 nömrəli körpələr evi – uşaq bağçalarında , Quba  FRİTL-da və Viqas psixoloji və nitq inkişaf mərkəzində uğurla davam etdirilir. Pedaqoji təcrübə ali təhsil müəssisəsinin tədris planında xüsusi yeri olan proses olduğu üçün tələbələrimiz  böyük həvəslə pedaqoji təcrübədə iştirak edirlər. Onlar metodistlərin, fənn müəllimlərinin rəhbərliyi altında sınaq dərslərinə hazırlaşır və bu dərslərin keçirilməsi üçün auditoriyada qazandıqları bilik və bacarıqlarını tətbiq etməyə çalışırlar. Tələbələrimizin işinə dəstək olmaq üçün təcrübənin gedişinə nəzarət gücləndirilir. Pedaqoji fakultənin dekanı f.f.d. Q.S.İdrisov, tədris şöbəsinin müdiri M.T.Bağırova, filialın direktor köməkçisi M.C.Əliyev,  təcrübə və məzunlarla iş üzrə rəhbər Ş.T. Mədətova, ixtisas üzrə metodistlər, pedaqoqlar və psixoloqlar təcrübə keşirilən müəssisələrə baş çəkir, məktəb üzrə təcrübə rəhbərləri ilə görüşür, tələbələrə tövsiyələr verməyi vacib hesab edirlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?