ADPU tələbələri üçün növbəti şans: Azərbaycanda oturaraq ABŞ təhsili almaq

ADPU tələbələri üçün növbəti şans: Azərbaycanda oturaraq ABŞ təhsili almaq

ABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə ikili diplom proqramı təşkil edilib. Proqrama  “Təhsil ixtisası” üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir. Son müraciət tarixi 20 aprel 2021-ci ildir.

Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

Proqram üçün ilkin kvota 25 nəfər müəyyənləşdirilib. Tədris ingilis dilində aparılacaq.

Təhsilalanların aşağıdakı xərcləri maliyyələşdirilir:

-Təhsil haqqı;

-Qeydiyyat xərci;

-Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri.

Tələbələrin seçimi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri əsasında tərəflər aparırlar. Müsabiqədə bakalavriat səviyyəsinin “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən şəxslər iştirak edə bilərlər.

Hansı sənədlər tələb olunur?

-CV;

-Şəxsiyyət vəsiqəsinin surəti;

-Motivasiya məktubu: 250-500 sözlük məktubda CorcVaşinqton Universiteti ilə birgə təşkil edilən bu beynəlxalq ikili diplom proqramında magistr təhsili almaqda məqsədiniz, akademik hədəfləriniz, tədqiqat maraqlarınız və karyera planlarınız təsvir edilməlidir. Bununla yanaşı, müraciət formasında qeyd etmədiyiniz bakalavriat təhsili dövründə peşəkar və sosial fəailiyyətləriniz və bu kimi digər əhəmiyyətli naliyyətlərinizi göstərilməlidir.

-İngilis dili sertifikatları: IELTS 6.5 (hər bənd 6.0 və ya daha çox), TOEFL 80 bal (hər bir bənd üzrə 20 bal və daha çox) və Duolingo 110 bal;

-Bakalavriat diplomunun və ona əlavənin ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti (hazırda sonuncu ildə təhsilalanlar təhsil müəssisəsi tərəfindən verilmiş müvafiq arayış və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilər );

-2 tövsiyə məktubu;

-Müraciət forması.

Qeyd edək ki, müvafiq meyarlar üzrə sənədlərini təqdim etmiş şəxslər sırasından akademik göstəricilər (magistratura DİM balı, ingilis dili sertifikarı üzrə bal və bakalavriat səviyyəsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi) üzrə ilk 75 nəfərin namizədliyi növbəti mərhələ üçün təqdim ediləcək. Proqrama qeydiyyat zamanı namizəd iş nömrəsi (magistratura imtahanı) və şəxsi kabinetin istifadəçi adını (FİN) təqdim etməli olacaq.

Proqramda iştirakla bağlı müvafiq müraciət tələb olunan sənədlərlə birgə elektron poçtla aspu_gwu@adm.dp.edu.az ünvanına göndərilməlidir.

Proqram barədə ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?