ADPU Quba filialında Elmi Şuranın növbəti iclası keçirilib

31.05.2021
ADPU Quba filialında Elmi Şuranın növbəti iclası keçirilib
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Elmi Şuranın iclası keçirilib. Şuranın gündəliyinə 2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasının təşkili və 2020-2021-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq işlərinin vəziyyəti haqqında məsələlər daxil edilib. Həmçinin cari məsələlərə və filialın professor-müəllim heyəti arasında aparılan reytinq qiymətləndirilməsinin nəticələrinin açıqlanmasına da yer verilib. Elmi Şura iclası filialın direktoru dos.Yusif Alıyevin giriş sözləri ilə açıq elan edilib. Direktor pandemiya dövründə tədrisin təşkili, hazırki semestrdə filialda keçirilən konfranslar və s. barədə məlumat verib. Bildirib ki, bütün addımlar filialın gələcəkdə tədqiqat universiteti adını almasına hesablanıb və filial yeni inkişaf dinamikasına qədəm qoyub. Direktor qeyd edib ki, ADPU Quba filialındakı əsas yeniliklərdən biri də reytinq qiymətləndirilməsinin təşkilidir. O, müəllim-tələbə tədqiqat əməkdaşlığını alqışladığını bildirib. Filialda forma dəyişikliklərinin başlandığını vurğulayıb. Y. Alıyev Qazi Universitetinin rektoru Musa Yıldız tərəfindən filialla əməkdaşlıq üçün birbaşa memorandum göndərildiyi, ADPU Quba filialı ilə Yaponiya səfirliyi arasında əməkdaşlıq barəsində razılığa gəlindiyini söyləyib. Bildirib ki. əməkdaşlıq çərçivəsində Yaponiya ali təhsil müəssisəsinin qabaqcıl təcrübəsinin öyrənilməsi nəzərdə tutulub. Direktor həmçinin filialda magistratura pilləsinin yaradılması, işgüzar mühitdə hesabatlılığın təmin edilməsi, iş sturukturunun müasirliyə cavab verəcək tərzdə formalaşdırılması kimi məsələlərə toxunub. Bildirib ki, yaz semestri imtahanlarının keçirilməsi ilə bağlı tələbə və müəllimlər üçün videotəlimatlar hazırlanıb. Direktor həm də imtahanlarda şəffaflığın qorunmasının zəruriliyini vurğulayıb. Daha sonra Pedaqoji fakültənin dekanı f.ü.f.d. Qələmşah İdrisov filialdakı abadlıq işləri, professor-müəllim heyətinin işində və tədris göstəricilərinin inkişafında yüksəliş, imtahanlara hazırlığın vəziyyəti haqqında çıxış edib. Bildirib ki, filialda pedaqoji təcrübəsi olan ixtisaslar istisna olmaqla, bütün ixtisasların 1,2,3,4-cü kurslarında dərslər 16 may tarixində başa çatıb. Q. İdrisov elektron jurnalların yazılması, imtahan cədvəlinin işlənib hazırlanması, imtahan sessiyası üçün kargüzarıq ləvazimatlarının alınması məsələlərini diqqətdə saxlayıb. Qeyd edilib ki, ADPU tərəfindən göndərilmiş müvəqqəti qaydalardan irəli gələn məsələlər tam həyata keçirilib. Filialın dekanı onu da qeyd edib ki, imtahan sessiyası iyunun 1-dən iyulun 5-ə qədər distant formada təşkil ediləcək. Q. İdrisovun sözlərinə görə, imtahan cədvəllərinin hazırlanması həyata keçirilib. İmtahan suallarının vaxtında çatdırılması təmin olunub. İclasın davamı olaraq müəllim kollektivinin imtahanların təşkili ilə bağlı sualları cavablandırılıb. İmtahan zamanı vaxtın müəllim tərəfindən tənzimlənməsi, qiymətləndirilmə, apelyasiyaların təşkili ilə bağlı məsələlərə aydınlıq gətirilib. Filialın Tədris hissəsi şöbəsinin müdiri Mələk Bağırova tədrisin tənzimlənməsi, sessiyaya hazırlıq məqsədilə müvafiq sənədlərin hazırlanması istiqamətində görülən işlərdən bəhs edib. Təhsil Nazirliyinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmrini səsləndirib, İmtahan Qərargahı və qaynar xəttinin yaradılmasının zəruriliyini vurğulayıb. 2020-2021-ci tədris ilinin yaz semestri imtahan sessiyasının şəffaflığını, vaxtlı-vaxtında keçirilməsini, mütəşəkkilliyini təmin etmək məqsədilə onlayn qərargahının yaradılması və onun sturuktur tərkibi açıqlanıb. Bildirilib ki, filialın artıq bu istiqamətli ənənəsi mövcuddur. Elmi Şura iclasının davamında distant imtahanlar zamanı filialın internet təminatı məsələləri müzakirə olunub. Sonra filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva reytinq qiymətləndirilməsinin təşkili haqqında çıxış edib. Hesabatda bildirilib ki, kafedralarda yüksək bal toplamış professor müəllim heyətinin 25%-i illik pul mükafatlandırılmasına təqdim olunub. Hər müəllim üçün minimum hədd 100 bal müəyyən edilib, ilk dəfə olduğu üçün bu hədd 5ə-yə endirilib.  Keyfiyyətin təminatı şöbəsi reytinq qiymətləndirilməsinin meyarları ilə bağlı kafedraların məlumatlandırılması, məmnunluq sorğusunda səsləndirilən sualları xatırladıb. Qeyd edilib ki, tələbə rəyi üzrə Təbiət fənləri və onun tədrisi metodikası kafedrası 44, Ədədbiyyart və dillər kafedrası 45, Pedaqoji və ictimai fənlər kafedrası 47 bala layiq görülüb. Qeyd edilib ki, Təbiət fənləri və onun tədrisi metodikası kafedrası 172, Pedaqoji və ictimai fənlər kafedrası 156, Ədədbiyyart və dillər kafedrası 151 reytinq balına layiq görülüb. P. Rzayeva həmçinin reytinq qiymətləndirilməsinə düşən müəllimlərin adlarını sadalayıb. Filial kollektivinin sözügedən qiymətləndirilmə ilə bağlı sualları cavablandırılıb. Filialda elmi konfransların təşkilində əməyi keçən hər bir əməkdaşa təşəkkürnamələrin təqdim ediləcəyi vurğulanıb.

[learn_press_profile]

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?