ADPU Quba filialında “Milli –mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə çatdırılması ” adlı onlayn konfrans keçirilmişdir.

3 may 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Quba filialında “Milli –mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə çatdırılması ” adlı onlayn konfrans keçirilmişdir. Konfransda Quba RİH – nin baş məsləhətçisi Aynur Yəhyayeva, filialın direktor müavini Aysel Şeydayeva və filialın professor,  müəllim, tələbə kollektivi iştirak etmişdir.
Onlayn konfrans Azərbaycan Respublikasının Dövlət  Himninin səsləndirilməsi ilə açıq elan edilib. Konfransda çıxış edən filialın direktor  müavini Aysel Şeydayeva əvvəlcə Quba rayonunda gənc nəslə göstərilən diqqət və qayğıya görə, gənclərin maarifləndirilməsi istiqamətində görülən işlərə görə Quba RİH Başçısına təşəkkür edib, vurğulayıb ki, ADPU-nun Quba filialında da rəhbərliyin təşəbbüsü ilə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Çıxışında həm də Zəfər bayramına toxunan Aysel Şeydayeva bildirib ki,bu gün 44 günlük Vətən müharibəsində bizləri Qələbəyə qovuşduran Şəhid və qazilərimiz ən böyük dəyərlərimizdəndir.Onların sayəsində biz Qarabağımızda milli mədəniyyət nümunələrimizə yenidən qovuşduq. Və çıxışında həmçinin Prezident Cənab İlham Əliyevin maddi və milli mədəniyyət nümunələrimizin qorunması üçün verdiyi məqsədyönlü qərar və Sərəncamlardan da gənclərin, bütün azərbaycanlıların keçirdiyi qürur hissindən danışıb.
Aysel Şeydayeva sözü Aynur Yəhyayevaya təqdim edib, Aynur xanım gəncləri salamlayıb, sonra bildirib ki, milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adətənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Adət-ənənənin milli dəyər kimi yaşamasi ailədən başlayır və cəmiyyət tərəfindən qəbul edilir, millətin, dövlətin atributinə çevrilərək gələcək nəsillər tərəfindən qorunur. Azərbaycan ailəsinin uzunömürlülüyü məhz bu ənənəyə söykənir. Ağsaqqal, ağbirçək məsləhəti gənclərin ailə qurmasinda mühüm rol oynayır ki, bu da ailənin uzunömürlülüyünün əsas göstəricisidir. Ailə ənənələrin , keçmiş nəsillərin tərbiyyəsinin qoruyucusu və ötürücüsüdür.
Daha sonra  konfransda filialın Tələbə Gənclər Təşkilatının sədri Səyyad Nəcəfov, sədr müavini Əhməd Əliyev, Şəhla Qafarova çıxış ediblər. Konfransda həmçinin milli dəyələrimizi, adət və ənənələrimizi əks etdirən videoçarxlar da nümayiş olunub. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir