ADPU Quba filialın Pedagoji fakultəsi

10.08.2021
ADPU Quba filialın Pedagoji fakultəsi

Bildiyiniz kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialından görüşlərimiz davam edir. ADPU-nun Quba filialında bir fakültə var. Bu hazırda f.f.d. Qələmşah İdrisovun rəhbərlik etdiyi Pedaqoji fakültədir. Fakültənin tərkibində isə müvafiq kafedralar fəaliyyət göstərir. Bu ixtisas kafedraları ilə növbəti buraxılışlarımızda ətraflı tanış olacaqsınız. Biz də bu dəfə Pedaqoji fakültənin dekanlığındayıq. Bu günki, müsahibimiz də elə fakültənin dekanı Qələmşah müəllimdir.
Qələmşah müəllim qeyd etdi ki, fakültədə hazırda dekan, dekan müavini, iki lobarant və səkkiz tyutor olmaqla 18 nəfər inzibati və tədrisə yardımçı heyət vardır. Bundan başqa ixtisasları tədris etmək üçün 3 kafedra da fəaliyyət göstərir. Fakültədə tədrisin keyfiyyəti günü gündən artırılır. Qələmşah İdrisov bildirdi ki, dosent Yusif Alıyevin filiala rəhbər kimi təyinatından sonra filialda hər sahədə olduğu kimi tədris sahəsində də islahatlar aparılmağa başlayıb. Bu dövr ərzində tələbə məmnuniyyəti, şəffaflıq və tədrisin keyfiyyəti ən yüksək səviyyədə qurulmuşdur.
Quba filialı regionun yeganə ali təhsil müəssisəsi kimi, region gənclərinə böyük potensial vəd edir. Burada təhsil alan tələbələr həm social-ictimai həyatda həm də təhsil sahəsində fərqlənirlər. Təsadüfi deyil ki, hər il filialın məzunlarından magistratura səviyyəsinə qəbul olan tələbələrin sayı yüksək tendensiya ilə artır.
Müsahibə zamanı Qələmşah müəllimlə yeni açılacaq ixtisaslarla da bağlı həmsöhbət olduq. O isə öz növbəsində yeni yaradılan ixtisasların region və filial üçün son dərəcə önəm kəsb etdiyini qeyd etdi. Bu il filialın qəbul planına da olan arıtırılmaların gələcəkdə filialın daha da böyüməsi üçün zəmin yaratdığını qeyd etmək olar. Müsahibə zamanı dekana biz də sual verdi ki, Pedaqoji fakültənin bazasında yeni fakültə yaradıla bilərmi? Qələmşah müəllim də bunu zamanın göstərəcəyini və əgər vacib olarsa filial rəhbərliyinin bunu müzakirə edəcəyini qeyd elədi.
Hazırda Quba filialında tədris üçün yaradılan maddi-texniki baza və tədris imkanları filialın gələcəkdə daha böyük işlər vəd etdiyini ortaya qoyan əsas faktdır.
Daha sonra dekanlıq əməkdaşları ilə həmsöhbət olduğumuz zaman onlarda hazırda fakültənin dayanmadan çalışdığını və qarşıdakı tədris ilinə hazırlaşdığını qeyd elədilər. Dekan müavini Nübar xanım da çıxışı zamanı filialın geniş təhsil potensialından söz açdı. O da öz növbəsində qeyd etdi ki, son illərdə filialda görülən işlər göz qabağındadır. Nübar xanım öz növbəsində həm işlərin çətinliyindən həm də bunu sevərək görməklərindən danışarkən qeyd etdi ki, bütün məqsəd filialın tədris keyfiyyətinin yüksəldilməsidir. Bu baxımdan filial rəhbərliyinin iş prinsipləri hər sahədə özünü doğruldur. Gələcəkdə isə daha böyük uğurlara imza atmaq üçün bütün faklütə əməkdaşlarının daimi səylə çalışdığını vurğuladı. Daha sonra laborantlar və tyutorlarla söhbət zamanı onların fəaliyyəti və pandemiya dövründəki, çətinliklərindən söz açdıq. Daim birbaşa olaraq tələbələrlə əlaqədə olan tyutorlar da pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq filialın rəhbərliyinin dəstəyi və göstərişləri ilə daima tələbələrin tədris məsələlərini və problemləri yerindəcə həll olunub. Dərslərin keyfiyyəti həm rəhbərliyin həm də müəllimlərin aramsız səyləri nəticəsində hər zaman yüksək səviyyədə olmuşdur.
Ümumilikdə dekanlıqdaki görüşümüz zamanı fakültənin tələbələrə nə qədər əlçatan olduğunu, tədrisin keyfiyyətinin nə dərəcədə yüksək olduğunu və filialın ümumi siyasətinə uyğunluğunu göz önündə olduğunu başa düşdük. Yeni tədris ilinə və yeni ixtisaslara hazırlıqlar sürətli şəkildə davam etdiyi dövrdə biz də fakültəyə uğurlar arzu edirik.

Ətraflı: https://www.youtube.com/watch?v=-SVYpGGpjhI

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?