Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Quba rayonuna səfəri

07.12.2021
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Quba rayonuna səfəri

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər. Qeyd etmək istəyirəm ki, Azərbaycanımızın inkişafını son 2 ildə Quba rayonunun sürətli inkişafının timsalında daha bariz görürəm. Cənab Prezidentin Quba rayonuna səfəri münasibətilə rayonda bir neçə əlamətdar hadisənin açılışı olmuşdur.  Belə ki, ilk olaraq Prezident İlham Əliyev Olimpiya İdman Kompleksində yenidənqurma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılan şəraitlə tanış olub.  Sonra Prezident İlham Aliyev “Quba ABAD Factory” qalandar vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak edib. Səfər çərçivəsində Prezident İlham Əliyev Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Daha sonra Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib. Sonda prezident İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub.  Bütün bunlar “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına nəzarətin birbaşa cənab Prezidentin diqqət və qayğısında olduğunu göstərir. Təbii ki, regionların inkişafı, həmçinin rayon icra hakimiyyətləri başçılarının doğru yönətimindən, düzgün təşkilatçılığından da çox asılıdır. Son 4 ildə Quba rayonunda ölkəmizin iqtisadi, sosial, mədəni inkişafının yaxşılaşdığını yeni məktəb binalarının tikintisində, indiyədək yol olmayan kəndlərə, qəsəbələrə yeni yolların salınmasında, kənd təsərrüfatı subyektlərinin yenidən qurulmasında, ucqar kəndlərə qaz, işıq kimi həyat əhəmiyyətli xətlərin çəkilməsində, yeni iş yerlərinin açılmasında əyani görmək olar.  Təbii ki, bütün bu uğurların təməlində də Quba rayon İcra Hakimiyyəti başçısı hörmətli Ziyəddin Əliyevin gərgin əməyi, strukturların yorulmaz fəaliyyəti, çalışqan, işgüzar, təfəkkürlü Quba camaatının əməksevərliyi, dövlətə bağlılığı, Vətənə sevgisi dayanmışdır. Cənab Prezidentin uğurlu və unudulmaz səfəri münasibətilə ADPU-nun Quba filialının kollektivi, şəxsən öz adımdan Quba rayon İcra Hakimiyyətinin başçısı hörmətli Ziyəddin Əliyevi və qədirbilən, dəyərli Quba camaatını təbrik edirəm.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?