ADPU-nun STEAM Mərkəzinin və Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim – tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən STEAM təlimlərində Quba filialının əməkdaşları iştirak edir.

04.09.2023
ADPU-nun STEAM Mərkəzinin və Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim – tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən STEAM təlimlərində Quba filialının əməkdaşları iştirak edir.

ADPU-nun STEAM Mərkəzinin və Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim – tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən STEAM təlimlərində Quba filialının əməkdaşları – İKT şöbəsinin müdir müavini Hikmət Musayev və Riyaziyyat və təbiət elmləri kafedrasının müəllimi Füzuli Əhmədov da iştirak edir.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin və Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdindəki Təlim-tədris Mərkəzinin təşkilatçılığı ilə “STEAM fənninin tədrisi. STEAM layihələri və texnologiyaları” adlı təlim keçirilib.

Təlimi giriş sözü ilə açan ADPU-nun STEAM Mərkəzinin rəhbəri dosent Arzu Daşdəmirov iştirakçıları salamlayaraq ölkəmizdə STEAM fənninin tədrisi ilə bağlı görülən işlər haqqında məlumat verib, daha sonra təlimçiləri iştirakçılara təqdim edib.

ADPU-nun Fizikanın tədrisi texnologiyası kafedrasının baş müəllimi Gülşən Musayeva “STEAM və onun elmi-pedaqoji əsasları” mövzusunda təlim keçib. Təlimdə iştirakçılara STEAM anlayışı, dünyanın STEAM mənzərəsi və fəlsəfəsi, STEAM fənninin tədrisinin məqsədi və vəzifələri, STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi haqqında geniş təqdimat edilib. Təlimdə ali və orta təhsil müəssisələrində çalışan müəllimlər iştirak edib.

10 günlük təlimlər zamanı iştirakçılar STEAM anlayışı, dünyanın STEM mənzərəsi və fəlsəfəsi, Yaşıl enerji mənbəyi, STEAM metodologiyaları, 5E VƏ 7E dərs modelləri və bu kimi digər maraqlı və əhəmiyyətli mövzuları öyrənirlər.

Uğurlar arzu edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?