ADPU-nun Quba filialının Kitabxana şöbəsi

10.08.2021
ADPU-nun Quba filialının Kitabxana şöbəsi
ADPU-nun Quba filialından reportajlarımız davam edir. Bu gün ki, reportajımız ADPU-nun Quba filialının Kitabxana şöbəsi ilədir. Kitabxananın müdiri Samirə Hacıyeva ilə müsahibəmiz zamanı kitabxananın fəaliyyəti ilə daha yaxından tanış olduq. Bir ali təhsil müəssisənin əsas elemntlərindən biri onun zəngin kitabxana bazasının olmasıdır. Bu prinsiplə ADPU-nun bütün filiallarında olduğu kimi Quba filialınında zəngin kitabxana bazasə yaradılmış və daim yenilənir.
Filialın kitabxanasında 20 mindən artıq kitab fondu vardır. Samirə xanımla həmsöhbət olan zaman məlum oldu ki, kitabxananən oxucularının sayı da kifayət qədərdir. Kitabxananın daimi oxucu sayı 306 nəfər təşkil edir. Kitabxana həm həm əməkdaşlara həm də tələbələrə fonddan yararlanmaq üçün geniş imkanlar yaradıb. Kitabxanaın rahat və geniş oxu zalı isə oxucular üçün əsl rahatlıq mənbəyidir.
Kitabxana pandemiya dövründə də həm tələbələrə həm əməkdaşlara kifayət qədər əlçatan olmuşdur. Samirə xanım qeyd elədi ki, pandemiya dövründə İKT şöbəsinin də dəstəyi ilə yüzlərlə kitab elektronlaşdırılmış və “e-kitabxana” bölməsinə yerləşdirilmişdir. Elektron kitabxana da olmayan bəzi tədris kitabları isə tələbələr ehtiyac duyduğu zaman elektronlaşdırılaraq tələbələr göndərilmişdir.
Bundan əlavə müsahibiz Samirə xanım qeyd elədiki, kitabxanaya oxucuların marağının artırılması üçün də bir sıra tədbirlər keçirilir. Bu tədbirlərə yazıçı və alimlərlə təşkil olunan görüşlər xüsusi diqqətda saxlanılır. Belə görüşlər həm pandemiyadan əvvəl həm də pandemiya dövründə hər zaman ardıcıl olaraq həyata keçirilir. Əlavə olaraq kitabxanaya oxucuların cəlb olunması və mədəni-kütləvi tədbirlərin həyata keçirilməsi üçün “Xəmsə” kitab klubu yaradılmışdır. Klub yaradılarkən 15 nəfər üzvü olsa da hazırda 100-dən çox üzvü vardır.
Kitabxana eyni zamanda ölkədə nəşr olunan onlarla qəzeti də oxucularına əlçatan edir. Bunlardan başqa kitabxananın təşkilatçılığı ilə hər ay “Oxucu” divar qəzeti hazırlanır. Orada plana uyğun olaraq əlamətdar günlərlə bağlı və filial üçün əhəmiyyətli məqalələr yer alır.
Kitabxana fəal oxucuların stimullaşdırılması üçün “Fəal Oxucularımız” güşəsini təsis edib. Beləliklə hər ay fəal şəkildə kitabxanaya müraciət edən və görüşlərə qatılan oxucuların şəkilləri filialın girişində lövhəyə yerləşdirilir.
Ümumilikdə qeyd eləsək filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi, kitabxana şöbəsinin müdiri Samirə Hacıyevanın təşkilatçılığı və əməkdaşların fəallığı sayəsində kitabxana fəaliyyətini daim yeniləyi, genişləndirir və dövrün tələblərinə uyğun qurur.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?