ADPU-nun Quba filialında 2022-2023-cü tərdis ilinin Yaz semestrinin imtahan sessiyasına başlanılıb

02.06.2023
ADPU-nun Quba filialında 2022-2023-cü tərdis ilinin Yaz semestrinin imtahan sessiyasına başlanılıb

ADPU-nun Quba filialının 2022/2023-cü tədris ilinin yaz semestrinin filialın Akademik təqviminə uyğun olaraq tamamlanması və imtahanların 01.06.2023-05.07.2023-cü il tarixlərində keçirilməsi ilə bağlı filialın direktoru dosent Yusif Alıyevin müvafiq əmrinə əsasən Filialda 2 iyun 2023-cü il tarixində imtahanlar keçirilib.

Ümumilikdə filial üzrə 34 qrup imtahan prosesinə cəlb olunmuşdur. Bir ay müddətində filialın hər iki fakültəsi üzrə cəmi 198 imtahan keçirilməsi nəzərdə tutulur. İmtahan qrafiki üzrə hazırlanmış cədvələ uyğun olaraq imtahanlar gündəlik iki növbədə təşkil edilir və müvafiq olaraq hər növbədə 7-9 qrup imtahan verir.

İmtahan suallarının cavablarının yoxlanılması bir qayda olaraq tələbə imtahan verdiyi gün yoxlanılır və qiymətlər həmin gün elan olunur.

Qeyd edək ki, imtahan sessiyasında obyektivliyi və şəffaflığı təmin etmək, o cümlədən imtahanların cədvəl üzrə müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət etmək və imtahanların mütəşəkkilliyini təmin etmək məqsədilə aşağıdakı tərkibdə İmtahan Qərərgahı yaradılıb.

Həmçinin imtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməsini təmin etmək məqsədilə Apellyasiya Komissiyası yaradılmışdır. Bundan başqa, imtahan prosesini operativ şəkildə təşkil etmək məqsədilə 15 nəfərdən ibarət nəzarətçi heyət və 6 nəfərdən ibarət yoxlanış-nəzarət heyəti cəlb olunmuşdur. ADPU-nun Quba filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliy təmin etmək məqsədi ilə “Qaynar xətt” xidməti də fəaliyyət göstərir.( əlaqə nömrəsi: 33-5-43-21)

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?