ADPU-nun Quba filialının Keyfiyyətin Təminatı şöbəsi

10.08.2021
ADPU-nun Quba filialının Keyfiyyətin Təminatı şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialından reportajlar davam edir. Bu dəfə isə biz filialın Keyfiyyətin Təminatı şöbəsi ilə xüsusi reportajla qarşınızdayıq.
Hər bir müəssisədə prosesin keyfiyyətinin təmin olunması ən vacib halqalardandır. Xüsusən, bu müəssisə ali təhsil ocağıdırsa, məsələ daha da həssaslaşır. Bu baxımdan ADPU-nun Quba filialında da tədrisin keyfiyyətinin təmin edilməsi prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Filialda fəaliyyət göstərən Keyfiyyətin təminatı şöbəsi operativ olaraq tədrisin səviyyəsinin artırılması istiqamətində təhlillər və əməli işlər aparır. Gəlin, onları yaxından tanıyaq.
Beləliklə, bu dəfə sözügedən şöbənin müdiri Pərvanə Rzayeva ilə Quba filialında keyfiyyət məsələsinə toxunduq.
Quba filialında müvafiq şöbə bu ilin aprel ayından fəaliyyətə başlayıb. Bu barədə məlumat verən Pərvanə xanım bildirdi ki, yeni yaranmasına baxmayaraq şöbə artıq kifayət qədər uğurlar əldə edib. Qarşısına qoyulan hədəflərə doğru inamla irəlləyir. Bütün bunları həyata keçirmək üçün şöbə bacarıqlı və təcrübəli əməkdaşları ətrafında toplayıb. Filialın direktoru dosent Yusif Alıyev tərəfindən şöbəyə xüsusi diqqət ayrıldığını və fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər aparıldığını qeyd edən Pərvanə xanım əməkdaşların da bu baxımdan xüsusi işlədiyini qeyd elədi. Təhsil Nazirliyinin yanında Keyfiyyətin Keyfiyyatı Agentliyi ilə yaxın əlaqələr qurulması yönündə də işlər aparılır.
Şöbənin fəaliyyəti universitetin əməkdaşları arasında sağlam rəqabət mühitinin yaradılmasında xüsusi önəm kəsb edir. Pərvanə xanım bildirdi ki, tələbələr arasında aparılan rəy sorğusu, anket məlumatları və digər metodlarla aparılan araşdırmalar filialda keyfiyyətin arıtırılmasında xüsusi rol oynayır. Bununla da bütün filialın fəaliyyətinin stimullaşdırılması yolunda işlər görülür. Beləki, əldə olunan məlumatlar təhlil edilir və əməli fəaliyyətdə nəticələr əks etdirilir.
Sonda isə şöbənin əməkdaşları özləri də fəaliyyətləri barədə qısa məlumat verdi.

Ətraflı: https://www.youtube.com/watch?v=jceP5HyM46g

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?