Dəyirmi masanın müzakirə mövzusu “Dinin mahiyyəti və cəmiyyətdəki rolu” olmuşdur.
Bəşər cəmiyyətinin mənəvi dəyərlərindən olan və cəmiyyətin tənzimlənməsində böyük əhəmiyyət kəsb edən dini dünyagörüşü, onun mahiyyəti, müsbət və mənfi cəhətləri, cəmiyyətdə rolu və digər məsələlər müzakirə olunaraq mənfi və müsbət təsirləri araşdırılmışdır.
Müzakirə zamanı ADPU Quba filialının direktor müavini p.f.d Aysel Şeydayeva, “Riyaziyyat və təbiət elmləri” fakültəsinin dekan müavini Nübar Bayramova,”Təbiət elmləri” kafedrasının müdiri dosent Güləddin Həmzəyev, Riyaziyyat və informatika kafedrasının müdiri r.f.d. Nurbala Süleymanov və filialın bütün ixtisas qruplarından olan aktiv tələbələr iştirak etmişdir.
Mövzu ətrafında olduqca maraqlı müzakirələr aparılmış və xüsusiylə tələbələrin fikirləri dinlənilmişdir.