Tarix fənninin tədrisində ekskursiyaların əhəmiyyəti böyükdür

07.05.2024
Tarix fənninin tədrisində ekskursiyaların əhəmiyyəti böyükdür

Quba filialının Humanitar elmlər kafedrasının müəllimi t.ü.f.d.Təhminə Əliyevanın təşkilatçılığı və Filialın TCM 2001B qrup tələbələrinin təşəbbüsü ilə Bakı şəhərindəki tarixi məkanlara ekskursiya təşkil edilib.

Tələbələr əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs məzarları ziyarət edilib.

Tələbələr ekskursiya müddətində “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi, Bakı Miniatür Kitab Muzeyi, Qız qalası, Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub, İçərişəhərin tarixi haqqında məlumat əldə ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?