ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbirdə çıxış edib

15.06.2023
ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev “Milli dövlətçiliyimizin xilaskarı” adlı tədbirdə çıxış edib

Tədbir Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə keçirilib.

“Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə filialın əməkdaşları direktor müavini p.f.d. A.Şeydayeva, Kitabxana və elektron resurslar şöbəsinin müdiri S.Hacıyeva, İR şöbəsinin müdiri S.Ağası, həmin şöbənin əməkdaşı N.Kürəbəyova və TGT sədri Nicat Piriyev də iştirak edib.

Tədbir zamanı rəsmilər çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Bədii hissədə gənclər şeir səsləndirib, istedadlı gənclərin ifasında müsiqi və rəqs nömrələri nümayiş olunub.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarx nümayiş olunub, həmçinin “NHN” formatında keçirilən turnirin qalib komandaları təltif olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?