Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol çempionatı yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol çempionatı yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol çempionatının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Mükafatlandırma mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Özbəkistan “Silk Road Research Academy”nin rəhbəri, filologiya elmləri doktoru, professor Azamat Akbarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rəhbərliyi, kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, tələbələr və gənclər iştirak etmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol turnirində ilk üç yeri tutan komandalar kubok və medallarla təltif edilmişdir.

Qeyd edək ki, 11 aprel 2023-cü il tarixindən ADPU-nun Quba filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tələbələr arasında futbol yarışları başlamışdır.

Yarışda 8 komandanın tərkibində 100 dən çox tələbə iştirak edib.

Yarış dairəvi sistemdə həyata keçirilib və tələbələrin hər biri oyundan öncə tibbi müayinə olunaraq oyunlarda iştirak edib.

Qeyd edək ki, final yarışı 22 may 2023-cü il tarixində keçirilib və 3 komanda yarışıb.

Yarışda Filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrindən ibarət komanda qalib olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?