ADPU-nun Quba filialının 30 illik yubileyinə həsr edilən intellektual yarış keçirilib

12.11.2021
ADPU-nun Quba filialının 30 illik yubileyinə həsr edilən intellektual yarış keçirilib

Noyabrın 12-də filialda TGT təşkilatçılığı ilə pandemiya qaydalarına riayət edilməklə ADPU-nun Quba filialının 30 illik yubileyinə həsr edilən ixtisaslararası intellektual yarış keçirilib.Yarışda filialın direktoru dos.Y.Alıyev, Quba GİKM rəhbəri Aytac Əhmədova, fəal gənclərdən Rüfət İspatov, TGT sədri Səyyad Nəcəfov, TGT-nin Sosial məsələlər üzrə sədr müavini Əhməd Əliyev, filialın İOK sədri Elxan Əskərov da iştirak edib, gənclərə dəstək olub.Onu da qeyd edək ki, komandaların tərkibində Müharibə iştirakçısı, filialın TCM ixtisasının sonuncu tədris ili tələbəsi Elvin Seyfəddinov da iştirakçı olub.
Yarışda filialın tələbələrindən ibarət 5 komanda hər komandada 5 tələbə yarışıb:
1.MİRAKL komandası
2.ADPU-30 komandası
3.3+2 komandası
4.KİOTO-SANGA komandası
5.ASSASSİNS”S CREED komandası
MİRAKL komandası I, KİOTO-SANGA II, ASSASSİN’S CREED III yerə sahib olub.
Qaliblərin təltifedilmə mərhələsində filialın direktoru dosent Y.Alıyev gənclərin şəxsi və intellektual inkişafında belə yarışların əhəmiyyətini diqqətə çatdırıb.Qalibin kim olmasından asılı olmayaraq hər kəsi təbrik edib. Daha sonra çıxış edən direktor köməkçisi Mürvət Əliyev də yarışda qalib gələn komandaları təbrik edib, növbəti mərhələlərdə uğurlar arzulayıb.
Sonda qalib komandaların liderlərinə Diplomlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?