ADPU-nun Quba filialında növbəti interaktiv dərs təşkil edilmişdir.

14.05.2023
ADPU-nun Quba filialında növbəti interaktiv dərs təşkil edilmişdir.

ADPU – nun Quba filialında Riyaziyyat və təbiət elmləri fakültəsinin “Tarix və coğrafiya müəllimliyi ” ixtisasının TCM 2001 B qrupunda Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənnindən “Onlayn işgüzar kommunikasiya və kompüter internet diskursu” mövzusunda açıq dərs keçirilib.Dərs filialın Ədəbiyyat və dillər kafedrasının müəllimi Aytən Seyidova tərəfindən keçirilib. Mövzuya uyğun olaraq dərs fənlərarası inteqrasiya şəklində təşkil olunub.Mövzunu tələbələrə daha ətraflı izah etmək üçün Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat və informatika kafedrasının müəllimi, İKT şöbəsinin müdir müavini Hikmət Mysayev dəvət olunmuşdu.

H.Musayev dərsi slaydlarla, interaktiv formada təşkil edərək daha da maraqlı və məzmunlu etdi.

Dərsdə filialın Tədris şöbəsinin, Humanitar və sosial elmlər fakültə dekanlığının, Ədəbiyyat və dillər kafedrasının, İKT və KTŞ nin əməkdaşları, ixtisasın tyutoru iştirak edib.

Qeyd edək ki, dərsdə tələbələrin bir-birini 36 dildə salamlaması da olduqca maraqlı alınıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?