28 noyabr 2022-ci il tarixində filialda Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “VƏFA” Sosial problemlərin həllinə dəstək İB təşkilatçılığı ilə keçirilən layihədə “Erkən nikahlar, onların fəsadları və qohumlar arasında nikahın fəsadları” mövzusunda yeniyetmə və gənclər arasında maarifləndirici görüş keçirilmiş, görüşdə mövzu ilə bağlı yeniyetmə və gənclərə məlumat verilərək, erkən nikahların, eləcə də qohumlar arasında nikahın cəmiyyətə mənfi təsir göstərildiyi bildirilmişdır. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.