ADPU-nun Quba filialında TGT daxilində fəaliyyət göstərən klubların hesabat konfransı keçirilib

12.06.2021
ADPU-nun Quba filialında TGT daxilində fəaliyyət göstərən klubların hesabat konfransı keçirilib

ADPU-nun Quba filialında istər müstəqil, istərsə də Tələbə Gənclər Təşkilatı daxilində fəaliyyət göstərən 15 klubun hesabat konfransı keçirilib. Pandemiyanın qaydalarına uyğun təşkil edilən hesabat konfransında filialın direktoru dosent Yusif Alıyev də iştirak edib.

Konfransda giriş nitqi ilə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, filialda rəhbərliyin təşəbbüsü ilə tələbə hərəkatı daim diqqət mərkəzində saxlanılır, tələbələrin, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə sosial-psixoloji,  informasiya yardımının göstərilməsi məqsədilə yaradılan klubların fəaliyyəti də birbaşa yaxından izlənilir. Gənclərin yeni biliklərə yiyələnməsi məqsədi ilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsi də göz önündədir. Gələcəyimiz olan gənclərimizin hərtərəfli şəxsiyyət kimi inkişafı, tədris təlim və tərbiyə sahəsində nəticələrin olması bizim əsas məqsədlərmizdəndir. Sevindirici haldır ki, tərəfimizdən yaradılan tələbə məmnunluğuna köklənən fəaliyyətlərin nəticəsində gündən günə artan nəticələr vardır. Məsələn, il ərzində tələbələrin imza tadıqları tədbirlər, görüşlər, disbutlar, debatlar təlimlər, seminarlar, TEC-nin möhtəşəm konfransı bunlara ən bariz nümunələrdir. Bu sahədə atılan addımların uğurlu alınmasında filialda fəaliyyət göstərən bütün tələbə təşkilatlarının payı vardır.

Çıxış edən direktor köməkçisi Mürvət Əliyev filialda son dövrlər yaradılan hərətərəfli şəraitə görə, xüsusilə də tələbələrin maraqlarına uyğun layihələrin icrasında hər zaman dəstək olan, hətta istirahət günlərində tədbirlərə qoşularaq tələbələrə dəstək olan direktor dosent Yusif Alıyevə təşəkkür edib. Bildirib ki, filialda bütün sahələrin inkişafı göz önündədir. Tədrisin  Microsoft TEAMs platforması üzərindən yüksək səviyyədə təşkili, yeni layihələrin icrası, beynəlxalq səviyyəli hibrid konfranslara ev sahibliyi edilməsi, Yeni Akt zalının, Heydər Əliyev lektoriyasının  istifadəyə verilməsi bütün bu işlərin fonunda uğurlu idarəetmənin dayandığını vurğulayıb.

Daha sonra filialın Tədris və elmi işlər üzrə direktor müavini t.f.d. İsmayıl Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, TGT sədri Səyyad Nəcəfov, direktor köməkşisi Mürvət Əliyev, TSPX ixtisasının tyutoru Xəyalə Ələkbərova, il ərzində uğurlu fəaliyyət göstərən klubların sədrləri çıxış edib.

1 “Tarix” klubu – sədr Cavan Qasımov
2. “XƏMSƏ” “Kitab klub”,  Aytac Ağazadə
2 “FacetoFace” Psixologiya klubu, Xəyalə Ələkbərova

3 “Talant” İncəsənət (ART) klubu – Püstəxanım Seyidova
4. “Dil öyrənmə” Klubu – Məhəmməd Hacıbalayev
5. Nadir İbrahimov adına Layihələr və “Start up” klubu
6. Kübrə Fərəcova adına “İdman və sağlamlıq” Klubu – Abdullayev Rəşad
7. Fətəli xan adına “Disput və debat” Klubu Elvin Şükürov
8. Universitetlərarası tələbə əməkdaşlığı Birliyi – Mahir Məmmədsalahov
9. “Tolerantlıq və multikulturalizm” Klubu Sevda Əmirbalayeva
10. İntellektual Oyunlar Klubu “İOK” Elxan Əskərov
11.Vətənpərvərlik klubu – Məmmədova Leyla

12. Tələbə Könüllülük Təşkilatı: Sədr: Musayev Mehrab,
13.ADPU Quba filialı ilk ərazi təşkilatı tərkibində YAP GB sədri Nərmin Orucova
14. Tədbirlərin Təşkili Departamenti – sədr Səlimova Aytac,
15. Layihələr departamentinin sədri: Əliyeva Röya

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?