ADPU-nun Quba filialında “TARİXİ YARADAN ŞƏXSİYYƏT” adlı tədbir keçirilib

9 dekabr 2022-ci il tarixində ulu öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar “TARİXİ YARADAN ŞƏXSİYYƏT” adlı tədbir keçirilib.
Tədbirdə filialın rəhbərliyi, Quba FRİTL Xarici dil müəllimləri, filialın professor, müəllim və tələbə kollektivi iştirak edib.
Tədbir ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə açıq elan edilib.
Tədbirdə çıxış edən filialın direktoru fizika üzrə elmlər doktoru Yusif Alıyev qeyd edib ki, dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. On doqquz il əvvəl – 2003-cü il dekabrın 12-də müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir.
Ulu öndər Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində bu gün biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq və hər birimiz çalışmalıyıq ki, buna layiq bir davranış sərgiləyək. Daha sonra f.ü.e.d. Y.Alıyev vurğulayıb ki, tədbir filialın Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının ingilis dili müəllimi f.f.d Elmira Əliyevanın və filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbələrinin təşkilatçılığı ilə ərsəyə gəlib, ulu öndər Heydər Əliyevin həyatı, ailəsi və siyasi fəaliyyətini əks etdirən məlumatların ingilis dilində tələbələrimiz tərəfindən təqdim edilməsi olduqca qürurvericidir. Gəncliyin, Ulu Öndərin siyasi irsini belə dəqiqliklə öyrənib təbliğ etməsi bizi sevindirir.Xarici dil müəllimliyi ixtisasının tələbələrinin ingilis dilində yüksək səviyyədə təqdimat etmələri də filialın tədris keyfiyyətinin yüksək olmasından, Xarici dil müəllimliyi ixtisasının filialda açılmasının öz əhəmiyyətini doğrultmasından xəbər verir. Sonra ü.e.d.Y.Alıyev tədbirin yüksək səviyyədə təşkilatçılığına görə f.f.d. E.Əliyevaya və tələbələrə təşəkkür edib, bugünki tədbirin ingilis dilində təşkil edilməsini filialın uğuru kimi qiymətləndirib, çıxışının sonunda bir daha Ulu Öndərə uca Tanrıdan rəhmət diləyib, əziz ruhu qarşısında baş əyib.
Tədbirdə tələbələrin təqdimatında ingilis dilində Heydər Əlirza oğlu Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən videoçarxlar, təqdimatlar, çıxışlar, şeirlər səsləndirilib, Ulu Öndərə həsr edilən musiqilər ifa edilib, ölkə Prezidenti İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 30 illik həsrətə son qoyaraq tarixi Zəfər əldə etməsini əks etdirən videolar sərgilənib.
ALLAH ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ RƏHMƏT ETSİN!