Quba filialının tələbəsi “Azad Mirzəcanzadə İnkişaf proqramı”nda layihə ilə iştirak edir.

21.02.2024
Quba filialının tələbəsi “Azad Mirzəcanzadə İnkişaf proqramı”nda layihə ilə iştirak edir.

Quba filialının tələbəsi “Azad Mirzəcanzadə İnkişaf proqramı”nda layihə ilə iştirak edir.

Qeyd edək ki, Filialın bu tələbəsi Əhmədova Ramilə Yafət qızı Şəhid Əhmədov Rəvan Yafət oğlunun bacısıdır.

PS. “Mən, Əhmədova Ramilə Yafət qızı 2005-ci il sentyabrın 10 da Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşam. 2011-ci il Quba rayon Əlibəyqışlaq kənd M.Qonaqov adına tam orta məktəbin 1- ci sinifinə daxil olmuşam. 2017-ci il Quba rayon A.Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü tam orta məktəb- liseydə orta təhsilimi davam etdirmişəm.2022 – ci il həmin məktəbin məzunu olmuşam.

Qəbul imtahanlarında ümumilikdə 303 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Riyaziyyat və İnformatika müəllimliyi ” ixtisasına qəbul olmuşam.

Dərs zamanı müəllimimiz Hikmət Musayev bizi “Azad Mirzəcanzadə İnkişaf proqramı” layihəsi ilə tanış etdi.Məndə bu layihəyə qoşulmağa və öz layihəmi yazmağa qərar verdim.

“Üstün zəkanı kənarda axtarma üstün zəka sən özünsən” adlı layihəmi 04.12.2023 tarixində RİİB- ə göndərdim.

“Azad Mirzəcanzadə İnkişaf proqramı” 3 mərhələdən ibarətdir və mənim layihəm 2 – ci mərhələyə keçid qazandı.Hal – hazırda qalib layihələr hələdə açıqlanmayıb.Fevral ayı boyunca iştirakçılarla onlayn və ya oflayn müsahibələr keçiriləcək və 3- cü mərhələyə keçid qazanmış layihələr açıqlanacaq.İnşəallah qalib layihələrdən biri də mənim layihəm olar. Bununla da müəllimlərimi və universitet rəhbərliyini daha da qürürlandıraram.”

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?