ADPU-nun Quba Filialında 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

ADPU-nun Quba Filialında 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib

Fevralın 1-də ADPU-nun Quba filialının Azad Nəbiyev adına “Bilgə ocağı”nda 2 Fevral Gənclər Günü ilə əlaqədar tədbir keçirilib.

      Tədbirdə filialın direktoru dosent Yusif Alıyev də iştirak edib. Tədbirdə çıxış edən dosent Yusif Alıyev filialın gənc əməkdaşlarının timsalında bütün Azərbaycan gəncliyini təbrik edib, gəncliyin onların həyatında daha səmərəli fəaliyyətlərlə yaddaqalan olmasını arzulayıb. Bildirib ki, 2 Fevral Gənclər Günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilmişdir. Daha sonra Azərbaycanda dövlətin gənclər siyasətindən danışıb, filialda da bu siyasətin nəticəsi olaraq görülən işlərdən, qarşıya qoyulan irimiqyaslı layihələrdən söz açıb, gəncləri daha fəal olmağa səsləyib. Daha sonra tədbirdə filialın DGTŞ sədri Elbrus Əhmədov da Gənclər gününün tarixi, habelə müasir dövrdə Azərbaycan gənclərinin uğurlarını əks etdirən slaydlar ətrafında çıxış edib. Daha sonra başda filialın direktoru dosent Yusif Alıyev, bir qrup əməkdaş və fəal tələbələr dəvətli kimi Quba Şahdağ otelində keçirilən ümumrayon tədbirində iştirak edib, həmin tədbirdə filialın tələbələri il ərzində könüllü kimi rayonun ictimai siyasi həyatında fərqləndiklərinə Prezident İlham Əliyevin dövlət gənclər siyasətini uğurla Quba rayonunda da davam etdirən Quba RİH başçısı cənab Ziyəddin Əliyev tərəfindən təltif olunublar.

  • Mənbə: ADPU Quba filialının ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?