ADPU-nun Quba filialında tədris distant təşkil olunacaq – İrad və təkliflər dinlənildi

ADPU-nun Quba filialında tədris distant təşkil olunacaq – İrad və təkliflər dinlənildi

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Onlayn təhsildə nəzərə alınmalı vacib məqamlar və tövsiyələr” mövzusunda təlim keçirilib. Təlim yaz semestrində də filialda tədrisin onlayn təşkili olunması nəzərə alınaraq, əvvəlki semestrdəki problemlərin aradan qaldırılması, MS Teams platformasına dair bilik və bacarıqların təkilləşdirilməsi, distant işin daha mütəşəkkil formada təşkilinə həsr olunub.

MS Team platforması üzərindən bütün əməkdaşların iştirakı ilə keçirilən təlim filialın direktoru dos.Yusif Alıyevin çıxışı ilə başlanıb. Direktor öncəki semestrlərdə tədrisin onlayn təşkilində aktiv iştirakına görə əməkdaşlara təşəkkürünü bildirərək, ADPU-nun Quba filialının yaz semestrində də tədrisin distant qaydada davam etdiriləcəyini vurğulayıb. Həmçinin distant tədris sferasında müəyyən problemlərin hələ də qaldığı qeyd edilib: “Fəaliyyət olan yerdə problemlərin mövcudluğu normaldır və onun həlli bir müddət çəkir. Bu problemlərin diskussiya şəraitində həllini tapacağına və növbəti semestrdə aradan qaldırılacağına ümid edirik. Həmçinin ötən imtahan sessiyasında İmtahan Qərərgahının və Apellyasiya Komissiyasının işini qənaətbəxş hesab edir, onlayn tədris platformasındakı işlərin elektron sənədlər üzərində əksini tapmasının zəruriliyini vurğulamaq istərdim. Əksər universitetlərdə yaşanan tədris prosesində saatlarının tamlığını təmin edilə bilməməsi ADPU-nun Quba filialında tam olaraq həyata keçirilib”.

Direktor Y. Alıyev həmçinin vurğulayıb ki, növbəti semestrdə tələbələrin dərslərə davamiyyəti ciddi amil kimi nəzərə alınacaq.

Müəllimlərin və sturuktur işçilərinin iştirakı ilə baş tutan təlim açıq müzakirələr şəklində davam edib.

İnformasiya və Komunikasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abayev bildirib ki, birinci semestrdə ümumi olaraq MS Teams platformasında daha çox təhsilin keyfiyyətini deyil, kəmiyyətini təmin etmək üçün çalışılıb. Bütün müəllim və tələbələrin dərsə qoşulamasının təmin edilməsi istiqamətində işlər görülüb. Növbəti semestrdə daha çox keyfiyyətə üstünlük verilməsi istiqamətində təbliğat aparılıb. Y. Abayev həmçinin filialda onlayn tədris istiqamətində çatışmazlıqlar, problemlər, etik davranış və tövsiyələrdən bəhs edib. Bildirib ki, elektron jurnalların yazılması, sturukturların davamiyyəti izləməsi,  dərs materiallarının tələbələrə onlayn yola çatdırılması,  identifikasiya kodunun fərdiliyinin qorunması, MS Teams-da dərslərin vaxtında tədrisi və cədvələ riayət olunması, iştirak edə bilməyən tələbələrin sonradan əlçatanlığını təmin etmə üçün dərslərin qeydə alınması növbəti semestrdə prioritet istiqamətlərdən olmalıdır. Həmçinin onlayn dərs zamanı geyim, saç düzümü, məkan kimi vizuallıq məsələlərinə riayət edilməsi, ənənəvi auditoriya effektinin yaradılmasının vacibliyi vurğulanıb.

Təlim ardıcıl olaraq filialın Pedaqoji fənlər fakültəsinin dekanı Qələmşah İdrisov, dekan müavini Nübar Byaramova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova, Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy, Pedaqoji və ictimai fənlər kafedrasının müdiri Elnur Nəsirov, Təbiət və ictimai fənlər kafedrasının baş müəlimi Nurbala Süleymanov, eyni kafedranın müəllimi Elbrus Əhmədov, Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev, Rahib Sədullayevin və digərlərinin iştirakı ilə davam edib. Çıxışlarda distant tədrisin təşkili üçün zəruri olan məsələlərə – onlayn qiymətləndirmə, davamiyyətin qeydə alınması və bu barədə dərs sonunda sturukturlara operativ məlumat verilməsi, elektron jurnalların gündəlik yazılması, müəllimlərin praktiki sənədləşmə işləri, filialda elmi tədqiqat işlərinin həyata keçirilməsi, akkreditasiyaya qədər görülməsi zəruri olan tədbirlər, elektron lövhələrlə təchizat və müəllimlərin bu istiqamətdə iş bacarıqları kimi vacib məsələlərə toxunulub. Ayrı-ayrı kafedraların tədisə hazır olduğu, irad və təkliflərin görüləcək işləri sürətləndirmək baxımından mühüm rol oynayacağı qeyd edilib.

Həmçinin tələbələrin pedaqoji təcrübəsinin necə təşkil olunacağı məsələsinə də aydınlıq gətirilib. Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova, bildirib ki, 166 tələbənin Quba şəhərində  yerləşən təhsil müəssisələrində pedaqoji təcrübə keçəcəyi gözlənilir. Bu istiqamətdə yekun qərar isə ADPU rəhbərliyi tərəfindən yaxın vaxtlarda veriləcək.

Bütün müəllimlərin onlayn tədrislə bağlı təklif və iradları dinlənildikdən sonra sonda növbəti semestrdə hər kəsə uğurlar arzu edilərək təlim yekunlaşıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?