ADPU-nun Quba filialında şair-publisist Tofiq Nurəliyə həsr olunmuş yubiley tədbiri keçirilib.

15.12.2023
ADPU-nun Quba filialında şair-publisist Tofiq Nurəliyə həsr olunmuş yubiley tədbiri keçirilib.

14 dekabr 2023-cü il tarixində Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə şair, AYB-nin üzvü, səhiyyə jurnalisti Tofiq Nurəlinin anadan olmasının 70 illik yubileyi ilə əlaqədar filialın akt zalənda “Darıxan nəğmələr: gözəllik uğrunda deyilən sözün 70 yaşı” mövzusunda yubiley tədbiri keçirilib.

ADPU-nun Quba filialının tələbələri Səma Asəfova, Rəşad Abdullayevin moderatorluğu ilə açılan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, ardınca ulu öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Tofiq Nurəliyə həsr edilmiş videoçarx və kitab sərgisi nümayiş etdirilib.

Daha sonra tədbirdə Quba RİH-nin məsul əməkdaşı Anar Məmmədov, Siyəzən RİH-nin məsul əməkdaşı Bəybala Bəybalayev, Filialın direktor müavini p.f.d. Aysel Şeydayeva, AYB-nin katibi İlqar Fəhmi, AYB Quba Bölməsinin sədri, Əhməd Cavad mükafatı laureatı, tanınmış şair Ramiz Qusarçaylı, tanınmış yazıçı, publisist, sənətşünas, “Qızıl Kəlmə” Ədəbi mükafatın laureatı Əkrəm Qaflanoğlu, Şəhid kapitan Aqil Məlikovun atası Niyaz Məlikov, Əməkdar dövlət qulluqçusu jurnalist İsrafil Qurbanov, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zakir Məmməd, şair, tərcüməçi, “Qobustan”jurnalının baş redaktor müavini Maarif Soltan, tanınmış şair, “Mars” jurnalının redaktoru Ağacəfər Həsənli çıxış edib, şairlə bağlı xatirələrini, tədqiqatlarını danışıblar, şeirlərindəki səmimiyyəti, gözəlliyə vurğunluğunu, gənclər tərəfindən şeirlərinin daha çox sevildiyini dilə gətiriblər.

Çıxış edən şair, həkim Tofiq Nurəli də tədbirin təşkil edilməsi və yaradılan gözəl şəraitə görə Quba RİH Başçısı cənab İlqar Mahmudova və filialın direktoru dosent Yusif Alıyevə öz dərin təşəkkürünü bildirib. Həmçinin onun haqqında qeyd edilən fikirlərdən məmnunluğunu ifadə edib, ona ünvanlanan sualları cavablandırıb.

Tədbirdə həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən və tanınmış şair, endokrinoloq-həkim Tofiq Niyətulla oğlu Hacıyev Azərbaycan poeziyasının zənginləşməsindəki xidmətlərinə görə və 70 illik yubileyi münasibətilə Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevin əmri ilə Fəxri Diplomla təltif edilib. Sonda Filialın tələbələri tərəfindən şairin şeirləri səsləndirilib, xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?