
Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU)Quba filialında intellektual yarış keçirilib
Yarışda YURD Gənclərin İnkişafına Dəstək İB-nin sədri Ramin Mahmudov, filialın İntellektual Oyunlar Klubunun sədri Elxan Əskərov, TGT sədr müavini Səyyad Nəcəfov da iştirak ediblər.Yarışda filialın hər ixtisasından bir komanda olmaqla 6 komanda tərkibində 36 tələbə gənc yarışıb.Yarışda 13 sual səsləndirilib.Səsləndirilən suallar Ramin Mahmudov tərəfindən tərtib olunub. Yarışın əsas məqsədi tələbələrin asudə vaxtlarının səmərəli təşkili, intellektual səviyyələrinin artırılması olub.
- Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
- Müəllif: Yusif Abayev